Müəllif: Tamara Mustafayeva, Banco.az
Braziliyanın Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupuna qoşulacağı açıqlanıb.
Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi 13 üzvlü “OPEC”in və Rusiyanın başçılıq etdiyi “OPEC”ə daxil olmayan 10 neft hasil edən ölkənin energetika və neft nazirlərinin bazar şərtlərini qiymətləndirmək üçün onlayn şəkildə keçirilən “OPEC” və qeyri-OPEC Nazirlərinin 36-cı iclası başa çatıb.
İclasdan sonra “OPEC”in yaydığı bəyanatda 2024-cü ilin yanvar ayından etibarən “OPEC+” qrupu ittifaqına daxil olacaq Braziliyanın Mədən və Energetika naziri Aleksandr Silveyranın iclasda iştirakının müsbət qarşılandığı bildirilib.
Bəyanatda qeyd olunub ki, tərəf ölkələrin neft bazarının sabit və tarazlı təmin edilməsinə dair davamlı öhdəlikləri təsdiqlənib.
Bəyanatda həmçinin “OPEC” və qeyri-OPEC Nazirlərinin 37-ci iclasının 1 iyun 2024-cü il tarixində Vyanada keçiriləcəyi ilə bağlı məlumat da əksini tapıb.
Bizi sosial şəbəkələrdən izləyin!!