"Böhran hələ də davam edir" | Banco.az

"Böhran hələ də davam edir"

BVF rəhbəri Christine Lagarde, "Avropa yaxşılaşır, lakin böhran hələ sona çatmayıb" xəbərdarlığını verdi. Lagarde, bir Alman qəzetinə verdiyi açıqlamada, Cənubi Avropada kredit probleminin davam etdiyinə diqqət çəkdi. BVF Başçısı, "Avropa bərpa yolundadır. Bəzi ölkələr qurtarma proqramlarını müvəffəqiyyətlə başa vurdu. Ancaq bu böhranın sona çatdığı və bizim missiyamızın tamamlandığı mənasını verməz" dedi.

Ən sərfəli kredit üçün müraciət et

Lagarde Avro Bölgəsində aşağı inflyasiyanın risk əmələ gətirdiyini söylədi. O, bölgə hökumətlərinin də rəqabəti artıracaq tədbirlər almalarını və əmək bazarlarında struktur islahatlar həyata keçirmələrinin lazım olduğunu bildirdi.

Günel Abduraxmanova / Banco.az