Bob Parsonsdan şəxsi həyatda və biznesdə uğur qazanmağın 16 qaydası | Banco.az

Bob Parsonsdan şəxsi həyatda və biznesdə uğur qazanmağın 16 qaydası

1. Konfort zonanızı tərk edin və ondan mümkün qədər uzaq durmağa çalışın.

Korfort zonasında olan zaman insanın həyatında xüsusi əhəmiyyət kəsb edən hər hansı bir dəyişiklik baş vermir. İnsanlar, əksər hallarda, belə deyirlər: "Mənə sabitlik lazımdır". Mənim isə bu məsələ ilə bağlı yalnız bir cavabım var: "Sabitlik ölülər üçün xarakterikdir".

2. Heç vaxt təslim olmayın.

Heç bir iş ilk cəhddən uğurlu nəticələr vermir. Əgər çox çalışmağınıza baxmayaraq, bir işdə uğur əldə edə bilmirsinizsə, o zaman məyus olmağa dəyməz. Çünki böyük ehtimalla siz məsələyə yalnış aspektdən yanaşırsınız. Əgər sizin seçdiyiniz iş asan başa gəlsəydi, o zaman hamı bu işlə məşğul olar və sizin kimdənsə fərqlənmək şansınız olmazdı.

3. Əgər siz təslim olmağa hazırsınızsa, bu o deməkdir ki, siz uğura düşündüyünüzdən də yaxınsınız.

Çinlilərdə belə bir deyim var: "Qələbə ərəfəsində təslim olmaq hissi insana hakim kəsilir".

4. Sizi narahat edən məsələlərə gəldikdə isə çalışın, həmişə hər hansı bir hadisənin ən pis ehtimalına da hazırlıqlı olasınız.

Ən pis vəziyyət barəsində maksimal dərəcədə təsəvvür yaratmağa çalışın. Unutmayın ki, "ən pis" nəticələr heç vaxt "qeyri-müəyyən" nəticələrdən daha pis olmur.

5. Arzularınıza istiqamətlənin.

Bu qədim deyimi unutmayın: "Fikirlər maddidir".

6. 1 gün ərzində yerinə yetirə biləcəyiniz həcmdə işləri öhdənizə götürün.

Unutmayın ki, insan yalnız gün ərzində bacara bildiyi qədər işi öhdəsinə götürməklə, bir çox problemləri həll edə bilər.

7. Hər zaman irəliyə doğru addımlayın.

Hər zaman bir şəxsiyyət kimi təkmilləşməyə çalışın. Unutmayın ki, öz işinizi daya yüksək səviyyədə icra etməkdən imtina etdiyiniz zaman, uğur sizi tərk edəcək.

8. Qısa zaman ərzində doğru qərarlar verməyə çalışın.

General Corc Pattonun bu sözlərini unutmayın: "Bu gün ildırım sürətilə hazırlanmış plan sabah üçün nəzərdə tutulmuş ideal plandan hər zaman daha yaxşıdır".

9. Sizin üçün əhəmiyyətli olan hər şeyi ölçüb-biçməyə çalışın.

Əmin ola bilərsiniz ki, bu üsul işə yarayır. Unutmayın ki, hər zaman nəzərə alınan, müşahidə edilən, daim ölçülüb-biçilən addımlar və qərarlar getdikcə inkişaf etməyə və uğurlu nəticələr verməyə başlayır.

Ən sərfəli kredit üçün müraciət et

10. Nəzarətsiz qalan hər bir iş məhv olmağa məhkumdur.

Əgər özünüz üçün əlavə problem yaratmaq istəyirsinizsə, o zaman uzun müddətdir ki, nəzarətsiz buraxdığınız işlərə bir nəzər salın. Əmin ola bilərsiniz ki, orada sizi böyük və ciddi problemlər qarşılayacaq.

11. Öz rəqiblərinizin işlərini diqqətlə izləyin. Amma ən önəmlisi öz işlərinizi nəzarət altında saxlayın.

Rəqiblərinizin işlərini izləyən zaman unutmayın ki, uzaqdan hər şey həmişə ideal görünür. Hətta Yer kürəsi də kosmosdan baxdıqda sülh və sevgi dolu bir məkan təsiri bağışlayır.

12. Heç kimdən qorxmayın.

Hüquqi cəmiyyətdə və bərabərlik şəraitində digər insanlar kimi sizin də istədiyiniz işlə məşğul olmaq hüququnuz var. Təbii ki, əgər bu işin icrası qanun tərəfindən qadağan olunmursa, o zaman onu reallaşdırmaqda heç kim sizə mane ola bilməz. Bu səbəbdən də kimdənsə qorxmaq lazım deyil.

13. Həyatdan ədalət gözləməyin.

Həyat ədalətsizdir. Unutmayın ki, ədalət haqqında düşünməkdən üz döndərdiyiniz zaman uğur sizin qapınızı döyəcək.

14. Öz problemlərinizi özünüz həll etməyə çalışın.

Öz suallarınıza yalnız özünüz cavab tapdıqda, rəqabətədözümlü mövqe nümayiş etdirməyə başlayacaqsınız. Masura İbukanın dediyi kimi: "Elm və biznesdə uğur qazanmaq istəyirsənsə, axının əksi istiqamətində hərəkət etməyə çalışmalısan". Hər zaman ağlınızın bir küncündə tutmalı olduğunuz deyimlərdən biri də budur: "Müdrik insan özü özünə məsləhət verən insandır". 

15. Heç vaxt özünüzü çox sərt şəkildə mühakimə etməyin.

Sakitləşin və özünüzü ələ almağa çalışın. Unutmayın ki, həyatda qazandığımız uğurlara görə əslində şansın üzümüzə güldüyünə və bəxtimizin gətirdiyinə borcluyuq. Çünki hər şey bizim düşündüyümüzdən fərqlidir. Hər kəs düşünür ki, həyatının idarəsi yalnız onun öz əlindədir. Amma bu, yalnış fikirdir. Çünki bu dünyada heç bir insan öz həyatını tam şəkildə və təkbaşına idarə etmək iqtidarında deyil.

16. Hər zaman gülümsəmək üçün bir səbəbiniz olsun.

İstənilən şəraitdə bu səbəbi tapmağa çalışın. Bu həyatı yaşadığınıza görə şükür edin və bu fikri unutmayın: "Vacib olan uzun ömür yaşamaq deyil, sənə bəxş edilən ömrü şən və firavan şəkildə yaşamaqdır".

Sevinc İbadova/Banco.az