Müəllif: Gülnar Əhmədli, Banco.az
Birləşmiş Millətlər Təşkilatı (BMT) 2024-cü il üçün Rusiya, Qazaxıstan və Türkmənistanın iqtisadi artım və orta illik inflyasiya ilə bağlı proqnozunu açıqlayıb.
Banco.az qurumun “Dünya iqtisadiyyatının vəziyyəti və perspektivləri 2024″ (World Economic Situation and Prospects 2024) adlı hesabatına istinadən xəbər verir ki, bu il Rusiyada iqtisadi artımın 1,3%, Qazaxıstanda 4,8%, Türkmənistanda isə 5,9% səviyyəsində olacağı proqnozlaşdırılıb.
Hesabatda qeyd edilib ki, Rusiyada bu il orta illik inflyasiya 4,8%, Qazaxıstanda 8%, Türkmənistanda isə 8% səviyyəsində olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!