BMT bu ölkəyə 25 milyon dollar yardım edəcək | Banco.az

BMT bu ölkəyə 25 milyon dollar yardım edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Somalidə ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq üçün 25 milyon dollar yardım edəcək.

Banco.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında deyilir.

Maliyyələşdirmə Somalinin Hirşabelle əyalətindəki Cavhar qəsəbəsində kiçik fermerlər üçün kritik infrastrukturun bərpası və iqlimə uyğun kənd təsərrüfatının təşviqi üçün istifadə olunacaq. 

FAO-nun məlumatına görə, layihə torpaqdan daha məhsuldar istifadə etməyə imkan verən daşqından mühafizə və etibarlı suvarmanı təmin etməklə Somali fermerlərinə dəstək verəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et