Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda kredit təşkilatlarının bizneslərə verdiyi kreditlərin həcmi bu il dekabr ayının 1-i tarixinə 12 milyard 421 milyon manat təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 1,4% çoxdur.
Hesabata görə, cəmi biznes kreditləri portfelinin 421.3 mln. manatı və ya 3.4%-i qeyri-işlək kreditlər olub.
Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə görə, kreditlərin 5 mlrd. 890 mln. manatı iri sahibkarlığa, 2 mlrd. 288 mln. manatı orta sahibkarlığa, 1 mlrd. 618 mln. manatı kiçik sahibkarlığa, 2 mlrd. 622 mln. manatı isə mikro sahibkarlığa verilib.
Bizi sosial şəbəkələrdən izləyin!!