Biznes kreditlərinin 1.5 mlrd. manatı kiçik sahibkarlara verilib | Banco.az

Biznes kreditlərinin 1.5 mlrd. manatı kiçik sahibkarlara verilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda kredit təşkilatlarının bizneslərə verdiyi kreditlərin həcmi bu il mart ayının 1-i tarixinə 13 milyard 63 milyon manat təşkil edib.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 1.2% çoxdur. 

Hesabata görə, cəmi biznes kreditləri portfelinin 427.5 mln. manatı və ya 3.3%-i qeyri-işlək kreditlər olub.

Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə görə, kreditlərin 7 mlrd. 94 mln. manatı iri sahibkarlığa, 1 mlrd. 794 mln. manatı orta sahibkarlığa, 1 mlrd. 501 mln. manatı kiçik sahibkarlığa, 2 mlrd. 673 mln. manatı isə mikro sahibkarlığa verilib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram