Tamara Mustafayeva, Banco.az
Kriptovalyutalar üzrə analiz şirkəti "Chainalysis" yeni hesabatını yayımlayıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, bu hesabata görə, 2020-ci ildə Bitkoindən ən çox qazanan ölkələr müəyyən olub.
Şirkətdən edilən açıqlamada inkişaf etməkdə olan ölkələrin faiz baxımından daha üst pillərdə qərarlaşdığı bildirilib. Bu ölkələrə misal olaraq Türkiyə, Vyetnam və Çexiya göstərilib. Bu ölkələrin Bitkoin üzrə əldə etdikləri mənfəət ölkə iqtisadiyyatlarının dünya üzrə statistikasından daha yüksəkdir.
Aşağıda Bitkoindən ən çox qazanan ölkələrlə tanış ola bilərsiniz:
- ABŞ - 4.1 milyard dollar
- Çin - 1.1 milyard dollar
- Yaponiya - 900 milyon dollar
- Birləşmiş Krallıq - 800 milyon dollar
- Rusiya, Almaniya, Fransa - 600 milyon dollar
- İspaniya - 500 milyon dollar
- Cənubi Koreya, Ukrayna, Hollandiya, Kanada, Vyetnam - 400 milyon dollar
- Türkiyə, İtaliya, Braziliya, Çexiya - 300 milyon dollar
- Hindistan, Avstraliya, Polşa, Argentina, İsveçrə, Tayvan, Belçika, Tayland - 200 milyon dollar
Bizi sosial şəbəkələrdən izləyin!!