Bitkoin tarixi rekorddan sonra yenidən ucuzlaşmağa başladı | Banco.az

Bitkoin tarixi rekorddan sonra yenidən ucuzlaşmağa başladı

Tamara Mustafayeva, Banco.az

Dünən 68 min 500 dollardan bahalaşmaqla tarixi rekorda imza atan bitkoin yeni günə ucuzlaşma ilə başlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin ötən 24 saat ərzində 2,4% dəyər itirməklə 66 min 450 dollara geriləyib. Daha sonra bir qədər də ucuzlaşmaqla hazırda 66 min 366 dollara ticarət edilir.

İkinci ən dəyərli kriptovalyuta olan ethereum da eynilə dünən rekord göstərici ilə 4 min 837 dollara yüksəldikdən sonra gündəlik əsasda 2,3% ucuzlaşaraq 4 min 710 dollara enib.

Qeyd edək ki, kriptovalyuta birjalarında diqqət cəlb edən hərəkətlilik isə "Avalanche"da (AVAX) müşahidə edilib. Belə ki, sözügedən kriptovalyuta növü səhər saatlarında 94 dollardan bahalaşmaqla rekord vurub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et