Bitcoin-ə yeni investisiya qoyanlara 5 MƏSLƏHƏT | Banco.az

Bitcoin-ə yeni investisiya qoyanlara 5 MƏSLƏHƏT

Risk edib kriptovalyuta dünyasına daxil olmaq qorxuludur. Göstərmək üçün mərkəzləşdirilmiş bir hakimiyyət yoxdur və rəqəmsal valyuta vahidləri haqda yayılan hekayələr narahat olmağınıza şərait yarada bilər.

Xoşbəxtlikdən kriptovalyuta ictimaiyyəti bu mövzuda çox köməklik göstəriri və yaxşı məsləhətlər verməyə məhdudiyyət tanımır. “Forbes”-də dərc olunan bir məqalədə müəllif yadda saxlanılması lazım olan ən vacib əlamətləri 5 maddə şəklində qruplaşdırıb.

Bu sadə tövsiyələrlə ilk Bitcoin əməliyyatı və ya ticarəti daha az stressli ola bilər.

Tapşırığınızı edin

Bitcoin və digər rəqəmsal valyutalar haqda danışılarkən çoxlu sayda şayiələr, uğur hekayələri və qorxulu hekayələrdən stat gətirmək olar. Nə etdiyinizi dəqiq aydınlaşdırın və itirəcəyinizi nəzərə aldığınız puldan çox riskə girməyin.

Bitcoin, içində olmağın həyəcanverici təsir yaratdığı bir dünyadır, lakin ancaq şişirdilmiş şərhlərlə bu işə daxil olsanız, özünüzü qarışıq və çaşqın vəziyyətə sala bilərsiniz. Bəziləri mühərrikin necə işlədiyini bilmədiyi halda avtomobil alır və bu problem deyil, çünki əgər avtomobil xarab olubsa, usta yanına aparmaq olar. Kriptovalyuta dünyasında siz həmin dünyaya qarşısınız, mərkəzsiz bir yerdəsiniz və əlinizdən tutan heç kim yoxdur.

“Coinfirm”-in CEO-su və qurucusu Pavel Kuzkovski belə tövsiyə edib:

“Nə qədər alsan, bir o qədər çox qazanarsan”.

Qazanılması lazım olan böyük pullarla əlaqədar proqnoz verməyin, çölə çıxın və Bitcoin və Blockchain-in necə çalışdığını öyrənin. “Wireline”-ın qurucusu və CEO-su Lukas Geyqer bunları söyləyib:

“Bu açıq görünə bilər, ancaq hesab edirəm ki, edilən ilk şey Blockchain-i anlamaq üçün ayırılan vaxtdır, bunu çox az sayda insanın edəcəyini bildiyim üçün deyirəm. Bir Blockchain-in etibarlı məlumatları necə depoladığına dair üst səviyyədə bir anlayışa sahib deyilsinizsə, o zaman lalə soğanı dəyərində investisiya qoyursunuz anlamına gəlir”.

Kriptovalyuta ekosistemi ilə əlaqədar ən böyük cəhət orada çoxlu miqdarda vəsait və məlumatın olmasıdır. Bir çox veb səhifəsi və resursları texnologiyanın daha asan anlaşılması istiqamətində fəaliyyət göstərir.

Bunun xaricində investisiya dünyası Bitcoin-i ənənəvi investorlara daha əlverişli hala gətirərək işləri asanlaşdırmağa çalışır.

Diqqətli olun!

Hər hansı bir investisiyada risk olacaq, ancaq bu risk Bitcoin-in innovasiyası və həddindən artıq volatilliyi səbəbindən daha da böyüyür. Eliosoffun dediyi kimi;

“Bu hələ yüksək riskli bir sahədir. İtirməyi nəzərə almadığınız investisiyanı qoymayın”.

Uğur hekayələrini dinlədikdən sonra Bitcoin-ə pul qoyub cəsur və dəbdəbəli olmaq insana cazibədar gəlir, ancaq ilk dəfə investisiya qoyanların diqqətli olması cəsarətin ən əhəmiyyətli hissəsidir. Bitcoin ilə bir gecədə milyonçu olmaq üçün səbirsizlənməyə gərək yoxdur və ilk əvvəldə yüksək miqdarda sərmayə itirsəniz, həlldən çox problemlə qarşılaşarsınız.

Bir sıra təşəbbüslərlə tanınan Marşal Svatt belə bir təklif edib:

“Az pulla başlayın və sərmayənizin kiçik bir hissəsinə investisiya qoyun”.

Bundan əlavə, “Crypto Asset Management”-in baş direktoru Tim Ennekinqin təklifi də belə olub:

“Bitcoin-in qiymətini izləmə, bir giriş nöqtəsinə qərar ver və ona sadiq qal. Bitcoin ilə daim proqnozlaşdırıla bilən qiymət hərəkəti baxımından az qala hər zaman haqlısan – sənin zamanlaman uyğun olmaya bilər, ona görə səbrli ol və Bitcoin-in qiymətinin sənə gəlməsini gözlə”.

Bitcoin ilə həqiqətən yaxşı işləyən bir sıra investisiya strategiyaları var və ən uğurlu olanlar ən ehtiyatlı davrananlardır.

Hər həftə və ya eyni saatda, eyni miqdarda pul yatıran “Dollar Dəyəri Ortalaması” kimi şeylər, Bitcoin üçün lazımi bir strategiyadır və ən yüksək səviyyələrin yanında ən aşağı səviyyələrə də çıxmanıza kömək edir.

Effektiv şəkilləndirmə

Yeni rəqəmsal valyuta həvəskarlarının əksəriyyəti ilk Bitcoin haqqında məlumata sahibi olur, ancaq kənarda minlərlə kriptovalyuta növü var və bəziləri Bitcoin-dən də sürətlə böyüyür. Diversifikasiya uğurlu olur, xüsusilə də Bitcoin-in dəyəri düşdükdə alternativ kriptovalyutaların yaxşı performans göstərbəsi səbəbi ilə… Texniki sahibkar Oliver İsaaksın sözlərinə görə:

Ən sərfəli kredit üçün müraciət et

“Dəyişikliyə qarşı tədbirli olun və bütün yumurtalarınızın bir səbətə qoymayın, birjada və ya “FX”-də investisiya yerləşdirmək kimi fondlarınızı bir risk idarəsi texnikası olaraq şəkilləndirməlisiniz”.

Məşhur səhmdar Ronni Moas diversifikasiyadan yanadır. Bir kriptovalyutaya, xüsusilə də Bitcoin-ə bağlanmaq asandır, ancaq portfelinizi qorumaq lazımdır.

Kriptovalyutaların hamısını Bitcoin-ə qoymamaları mövzusunda hamıya xəbərdarlıq edən Moas bunları söyləyib:

“1000-dən çox ad arasında seçim etmək lazımdır. İlk 50-likdəki kriptovalyutalara diqqət yetirin”.

Kriptovalyutaları birjalardan kənarlaşdırın

Kriptovalyuta sahəsində hələ də davam edən bir sıra kiber hücumlar və oğurluqlar var, buna görə də tədbirli olmaq lazımdır. Hakerlərin işini çətinləşdirmək çox da çətin deyil. Bir valyutanı satın aldıqdan sonra onu birjadan uzaqlaşdırın və idarə etdiyiniz cüzdana qoyun.

Çoxları birjada olan kiber hücumlara görə zərər çəkir, xüsusilə də “Mt.Gox”-da təşkil olunan hücumu qeyd etmək olar. Ancaq son zamanlar BTC və CEO-larına edilən ittihamlar sayəsində bir çox şəxs böyük miqdarda pul itirib.

“IComply Investor Services Inc.”-in qurucusu və CEO-su Matyu Anqer bunları qeyd edib

“Cüzdanınızda və bank hesabınızda saxladığınız pullar bəlkə də kassadakı dəyərli əşyalarınız kimidir, rəqəmsal pullarınızı da eyni şəkildə idarə etməlisiniz”.

Qeyri-adi bir səfərə hazır olun

Bitcoin, dəyişkənliyi ilə tanınır və bir çox ənənəvi investor bu səbəbdən investisiya yatırmağa qorxur. Bitcoin-in qiymətindəki böyük eniş daimi fəlakətə səbəb ola bilməz, ancaq vəziyyət düzəlmirsə, özünüzü bu işə həsr etmək çətindir.

Diversifikasiya bu mövzuda kömək etmək üçün ideal strategiyadır, lakin çoxlu düşüncə və səy tələb edir. Təbii ki, ən məşhur Bitcoin strategiyası bazarın nə qədər dəyişkən olmasına baxmayaraq, investisiyanı əlinizdə saxlamaqdır.

Ancaq bazarda müşahidə etməməyiniz narahatlıqlardan uzaqlaşmağınıza və bazardakı dəyişkənliyi gözləməyinizə kömək ola biləcəyi kimi, satın ala bilər və unuda bilərsiniz.

Bunlar da maraqlıdır:

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımız Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az