Bitcoin-ə rəğbət getdikcə artır - SORĞU | Banco.az

Bitcoin-ə rəğbət getdikcə artır - SORĞU

15 fevral 2018-ci ildə dərc olunan və Alman İnformasiya Texnologiyaları Federal Qurumu ilə telekommunikasiya və yeni media təşkilatı (Bitkom) tərəfindən aparılmış bir sorğuya görəalmanların üçdə ikisi Bitcoin-dən xəbərdardır.

Kriptovalyuta dünyasının ən məşhur valyutasına olan maraq 2016-cı ildən bu yana 2 dəfə artıb. 2016-cı ildə almanların təxminən 36 %-i Bitcoin-in nə olduğunu bilirdi. Bitkom bu rəqəmin 2013-cü ildən bəri 3 dəfə artdığını qeyd edib.

Bu il aparılan anketə qatılan 1009 şəsin yüzdə dördü Bitcoin sahibi olub. 19 %-i isə necə Bitcoin alacaqlarına dair müəyyən fikirlərə sahibdir. Digər tərəfdən respondentlərin 72% -i rəqəmsal valyutalara xüsusi maraqlarının olmadığını bildiriblər.

Bitkom-un CEO-su Bernhard Rohleder kriptovalyutaların və blockchain tenologiyasının sahib olduğu iqtsadi gücü belə dəyərləndirib:

“Bitcoin və digər kriptovalyutalar rəqəmsal dövrün maliyyə dünyasını necə dəyişəcəyinə yaşı bir nümunə olaraq dəyərləndirilə bilər. Blockchain tenologiyası sayəsində bu yenilikçi valyuta növü zənn ediləndən böyük potensiala malikdir. Bitcoin bütün iqtisadiyyata təsir edəcək”.

Sorğuya görə kriptovalyutalara maraq göstərməyən 72 % iştirakçının rəqəmsal valyutalara qarşı məsafə saxlamalarının 2 əsas səbəbi var. Bunlardan birincisi Bitcoin-in qiymətinin ifrat dəyişkən olmasğıyla əlaqələndirilir. Digər səbəb isə istifadəçilərin kriptovalyutaların verdiyi praktik xüsusiyyətlərdən xəbərsiz olmasıdır.

Avropada fəaliyyət göstərən nəzarət orqanları 12 fevral 2018-ci ildə istifadəçiləri “yüksək risk” ehtiva edən və “qiymət balonu yaşadığını açıq şəkildə göstərən” kriptovalyutalara qarşı ehtiyatlı yanaşmağı xəbərdarlıq edib.

Almaniyadakı kriptovalyuta məlumatlılığının digər ölkələrə nisbətən çox olduğunu söyləyə bilərik. Yanvarın ortalarında təşkil edilən sorğuya əsasən, rusların 56 %-dən çoxu Bitcoin-in nə olduğunu bilir. Çin əsilli ABŞ vətəndaşıolan məşhur milyarder Çarlz Xyu ötən ilin avqustunda verdiyi açıqlamada Çin xalqının 70-80 faizinin Bitcoin haqqında məlumatı olmadığını söyləmişdi.

Bunlar da maraqlıdır:

Ən sərfəli kredit üçün müraciət et

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az