Artıq ikinci rübü yaşamağımıza baxmayaraq, hələ də bankların birinci rübün hesabatlarını təqdim etməməsi təəssüf doğuran hal olaraq qalmaqda davam edir.
Banco.az saytı birinci rübün ən güclü 5 bankını təyin etməyə çalışdı.
Bildirmək istərdik ki, araşdırma sadəcə maliyyə göstəricilərini açıqlamış banklar arasında aparılmışdır.
2016-cı ilin birinci rübündə aktivlərinin həcminə görə ən güclü 5 Bank
**Şəkillərə daha rahat baxa bilmək üçün üzərinə klikləyin.
Bank aktivlərinin ümumi həcmində "Kapital Bank" 2 mlrd 336 milyon manatlıq xüsusi çəkiyə malikdir. Bununla yanaşı, aktivlərin ümumi həcmində ən yüksək göstəriciyə malik növbəti dörd banka "Paşa Bank" (1.96 mlrd. manat), "Azər-Türk Bank" (1.23 mlrd. manat), "ASB Bank" (668 mln. manat) və "Atabank" (603 mln. manat) daxildir.
2016-cı ilin birinci rübündə kredit portfelinin həcminə görə ən güclü 5 Bank
Aktivlərin həcminə görə liderlik edən bankların çox hissəsi , kredit portfelinə görə də ilk beşliyə daxil ola biliblər. Belə ki, 2016-cı ilin birinci rübü ərzində "Kapital Bank" müştərilərə 1.1 mlrd. , "Paşa Bank" 735 mln. , "Atabank" 434 mln. , " Azər-Türk Bank" 417 mln. , "Bank of Baku" isə 386 mln. manat kredit vermişdir.
Qeyd edək ki, aktivlərinin həcminə görə "Bank of Baku" sıralamanın 6-cı yerində 591 mln. manatla qərarlaşmışdı.
2016-cı ilin birinci rübündə depozitlərinin həcminə görə ən güclü 5 Bank
"Paşa Bank" 1,16 mlrd. , "Kapital Bank" 1,1 mlrd. , "ASB Bank" 407 mln. , "Azər-Türk Bank" 360 mln. , "Atabank" isə 357 mln. manat cəlb edə bilmişdir.
"Bank of Baku" depozit portfelinin həcminə görə sıralamanın 6-cı yerində 329 mln. manatla qərarlaşıb.