Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da zəif məşğulluq məlumatları FED-in sərtləşdirmə dövrünün başa çatdığına dair proqnozları çoxaldıb və bazarda risk iştahını artırıb.
Banco.az xəbər verir ki, bu dövrdə bir çox varlılar sahib olduqları aktivlər hesabına sərvətlərini artırıblar.
Gəlin bazarda risk iştahı artdıqca sərvəti bir gündə 1 milyard dollar artan varlıların siyahısı ilə tanış olaq.
Sergey Brin - 1 milyard dollar
“Google”un həmtəsisçisi Sergey Brin bazar ertəsi 1 milyard dollar sərvət artımı yaşayıb. Brin ümumi sərvəti 111,5 milyard dollarla dünyanın 10-cu ən varlı insanıdır.
Praqojo Panqestu - 1 milyard dollar
İndoneziyalı milyarder Panqestu da Fed-in nikbinliyi səbəbindən sərvətinə 1 milyard dollar əlavə edib. Pan1estu 18 milyard dollar sərvətə sahibdir.
Larri Peyc - 1,1 milyard dollar
“Google”un digər həmtəsisçisi Peyc Brinlə müqayisədə sərvətində təxminən 100 milyon dollar artım yaşayıb. O, 117,5 milyard dollar sərvəti ilə 7-ci yerdədir.
Larri Ellison - 1,1 milyard dollar
“Oracle”ın rəhbəri Larri Ellison da sərvətini 1,1 milyard dollar artıraraq 122,7 milyard dollara çatdırıb.
Ma Huateng - 1,1 milyard dollar
Çinli iş adamı Ma Huateng də sərvətini 1,1 milyard dollar artıraraq 36,1 milyard dollara çatdırıb. Bununla belə, Huatengin sərvəti ilin əvvəlindən 490 milyon dollar azalıb.
Stiv Balmer - 1,2 milyard dollar
“Microsoft”un səhmdarlarından biri olan Stiv Balmer sərvətini 1,2 milyard dollar artıraraq 123,3 milyard dollara çatdırıb. Balmer Blumberq Milyarderlər İndeksində 5-ci yerdədir.
Ceff Bezos - 1,3 milyard dollar
“Amazon”un rəhbəri Ceff Bezos bu müddət ərzində sərvətini 1,3 milyard dollar artırıb. Bezosun sərvəti 163,5 milyard dollara yüksəlib.
Zeng Yuqun - 1,4 milyard dollar
Asiya birjalarının son yüksəlişində sərvətini ən çox artıran şəxs çinli Zeng Yuqun olub. Yuqunun sərvəti 1,4 milyard dollar artaraq 28,4 milyard dollara çatıb.
Maykl Dell – 1,6 milyard dollar
Son hadisələrdən ən çox bəhrələnən şəxs “Dell”in rəhbəri Maykl Dell olub. Onun sərvəti 1,6 milyard dollar artıb. Dell 66,9 milyard dollar sərvətlə 18-ci yerdədir.
Bizi sosial şəbəkələrdən izləyin!!