Bankların müştərilərə verdiyi kreditlər 30 Sentyabr 2019-cu il tarixində 13 milyard 872.1 milyon manata çatıb.
Müştərilərə verilən kreditlər avqust ayının sonu ilə müqayisədə sentyabrda 345 milyon 700 min manat, ötən ilin sonu ilə müqayisə isə (9 ay ərzində) 1 milyard 243 milyon 800 min manat artıb.
Müştərilərə verilən kreditlər 31 Dekabr 2018-ci il tarixində 12 milyard 628 milyon 300 min manat, 31 avqust 2019-cu il tarixində isə 13 milyard 526 milyon 400 min manat təşkil etmişdi.
Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat xaric kreditlər (xalis kreditlər) Sentyabrda 341 milyon 700 min manat, 9 ay ərzində isə 1 milyard 234 milyon 600 min manat artıb.
milyon manatla |
31.12.2018 |
31.08.2019 |
30.09.2019 |
Müştərilərə verilən kreditlər |
12,628.3 |
13,526.4 |
13,872.1 |
Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat |
1,479.0 |
1,484.2 |
1,488.2 |
Xalis kreditlər |
11,149.3 |
12,042.2 |
12,383.9 |
Marja