“Microsoft”-un qurucuların biri olan Bill Qeytsin 2018-ci ildə oxumağınız üçün seçdiyi kitablar, vacib suallara cavab vermə xüsusiyyəti daşıyır.
İstər yay tətilinizdə, istərsə də işdən evə qayıdarkən yol boyunca oxumaq üçün olsun, xeyriyyəçi milyarder Bill Qeytsin tövsiyyə etdiyi kitablara nəzər salmağınızı məsləhət görürük. Bill Qeyts hər il yay aylarında oxumaq üçün beş kitab tövsiyə edir və 2018-ci il üçün tövsiyyə etdikləri kitablar “Qeytsin qeydləri” adlı bloqda da qeyd etdiyi kimi vacib suallara cavab vermə xüsusiyyətinə malikdir.
Dahilər necə düşünürlər? Pis hadisələr nə üçün yaxşı insanların başına gəlir? Insanlıq hara gedir? kimi suallar Bill Qeystin diqqət mərkəzindədir.
Qeyst bu il fərqli janrlarda seçimlər etmişdir. Bunlar xatirə, bioqrafiya və tarixi janrlardır. Məzmununa görə bir qədər ağır kitablar hesab edilsələr də, oxuyarkən sıxılmayacağınıza təminat veririk.
Arzu etsəniz, Bill Qeytsin şəxsi bloqunu ziyarət edərək 8 ildən bəri adəti üzrə paylaşdığı kitabların siyahısı ilə tanış ola bilərsiniz.
1. Leonardo da Vinci (Walter Isaacson)
Qeytsin kitab haqqında söylədikləri: “Mənim fikrimcə Leonardo gəlmiş keçmiş insanlar arasında ən möhtəşəmlərdən biridir. Dünyaca məşhur bir rəssam olaraq tanınsa da, Leonardonun insan anotomiyasından teatra qədər çox sayda maraq dairəsi var idi. Isaacson isə Leonardonun həyatının fərqli cəhətlərini və onu bu dərəcədə qeyri-adi edən xüsusiyyətlərini ən yaxşı şəkildə oxuyucuya çatdıran yazıçı hesab edilməyə layiqdir. Isaacsonun Albert Eynşteyn və Stiv Cobs bioqrafiyalarını da oxumağınız məsləhətdir.
2. Everything Happens for a Reason and Other Lies I’ve Loved (Kate Bowler)
Qeytsin kitab haqqında söylədikləri: “Duke Divinity kollecində professor olan Bowlerə 4-cü dərəcəli bağırsaq xərçəngi diaqnozu qoyulduğu zaman o, bunun səbəbini anlamağa çalışır. Görəsən bu xəstəlik ona Tanrı tərəfindən göndərilən bir səbr sınağıdırmı? Bu müddət ərzində yazdığı xatirə kitabında taleyə və ölümə dair gah hüznlü, gah da gülməli nəticələrə gəlir.”
3. Arafta (George Saunders)
Qeytsin kitab haqqında söylədikləri: “Avraam Linkoln haqqında bilməli olduğum hərşeyə agah olduğumu düşünürdüm, lakin bu kitab məni onun həyatı haqqında yenidən düşünməyə vadar etdi. Kitabda vətəndaş müharibəsi haqqında tarixi məlumatlar fantastik tərzdə oxuyucuya çatdırılmaqdadır. Kitabda aralarında Avraam Linkolnun vəfat etmiş oğlu da olmaqla 166 ruh arasında keçən uzun dialoqlar əks olunmuşdur. Kitab Linkolnun içində olduğu dərin yasla yanaşı daşıdığı böyük məsuliyyətlərin ağırlığı altında əzilməsini də sizlərə çatdırır. Oxuyub qutardıqdan sonra dostlarınızla müzakirə etmək istəyəcəyiniz möhtəşəm bir kitabdır.”
4. Origin Story: A Big History of Everything (David Christian)
Qeytsin kitab haqqında söylədikləri: “David bu kitabında həyatım boyunca marağıma səbəb olan bir mövzudan bəhs etmişdir – “Kainatın tarixi”. Böyük partlayışla başlayan kainatın yaradılış tarixini fərqli qaynaqlardan və ədəbiyyatlardan əldə etdiyi məlumatlarla zənginləşdirərək axıcı bir dildə oxuyucuya çatdırır.”
5. Faithfulness (Hans Rosling, Ola Rosling və Anna Rosling Ronnlund)
Qeytsin kitab haqqında söylədikləri: “ Bu kitab ilk nəşr olunduğu gündən bəri ən sevimli kitablarımdan biridir. Ötən il həyatını itirən professor dünyanın yaxşıya doğru dəyişən yönləri və inkişaf etməyə ehtiyacı olan tərəfləri kimi vacib həqiqətlər haqqında iz buraxan məlumatları çatdırarkən, unuda bilmədiyi bəzi hadisələri də qeyd etmişdir. Bu, dahi bir insan tərəfindən bizə miras qalmış və mənim həyatımda oxuduğum ən yaxşı kitablardan biridir.”
Tamara Mustafayeva, banco.az