Beynəlxalq sığorta şirkəti beynəlxalq reytinq dərəcəsi almağa hazırlaşır | Banco.az

Beynəlxalq sığorta şirkəti beynəlxalq reytinq dərəcəsi almağa hazırlaşır

Beynəlxalq sığorta şirkəti (BSŞ) beynəlxalq reytinq dərəcəsi almaq niyyətindədir. Hal-hazırda sığorta şirkəti beynəlxalq bazara çıxışın təmin edilməsi məqsədilə tədbirlər planı həyata keçirir.

Şirkətin İdarə Heyətinin sədr müavini İlham Ağayevin məsələ ilə bağlı verdiyi açıqlamasından belə məlum olur ki, şirkət artıq beynəlxalq reytinq dərəcəsinin əldə edilməsi məqsədilə reytinq agentlikləri ilə ilkin danışıqlara başlayıb.

İlham Ağayev belə hesab edir ki, 27 iyun tarixində Beynəlxalq sığorta şirkəti ilə ING Bank N.V. arasında 3 milyon ABŞ dolları məbləğində kreditin cəlb olunması məqsədilə imzalanan kredit müqaviləsi sığorta şirkətinin beynəlxalq reytinq əldə etməsinə kömək edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, şirkət əvvəllər beynəlxalq reytinqə malik olsa da, sonradan bu prosesdən imtina etmişdi.

Sevinc İbadova/Banco.az