22 fevral Avtomobil Yol İşçilərinin Peşə Bayramı Gününə özəl olaraq Azərbaycan Beynəlxalq Bankı yeni kredit kampaniyasına başlayıb. Bankdan banco.az-a verilən məlumata görə, 21 fevral tarixindən 02 mart tarixinə qədər davam edəcək kampaniya çərçivəsində Azərbaycan Beynəlxalq Bankının əməkhaqqı kartına sahib hər bir avtomobil yolları işçisi nağd pul kreditini güzəştli şərtlərlə ala bilər.
Kampaniyanın özəllikləri:
• Kreditin məbləği – 20.000 manatadək
• Kreditin müddəti – 60 ayadək
• İllik faiz dərəcəsi - 2% endirimlə / 23%-dən başlayaraq
• Kredit 5000 manata qədər olduqda - zaminsiz
• Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əmək haqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməli və ya 8937 qısa nömrəsinə SMS göndərməlidir.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.