“ABB” ASC Ekvayrinq şəbəkəsinə texniki dəstək şöbəsinə Texnik vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
ATM-lərin köşk və çətirlərinin təmizliyinə nəzarət etmək və yuyulmasını təşkil etmək,
ATM və ödəmə terminallarının profilaktika işlərinin aparılması,
Terminallarda UPS və torpaqlamanın səviyyəsinin ölçülməsi.
Vakant vəzifə üzrə tələblər:
Orta texniki təhsill;
B və yaxud BC kateqoriyalı sürücülük vəsiqəsi;
MS Office proqlamları ilə işləmək bacarığı.
Bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil
Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu
Bu iş sizə nələri qazandıracaq:
Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
Adekvat əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 Yanvar 2019-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Texnik” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az