Günümüzdə çox insan evdə işləmək variantını seçir. Bu həm rahat, həm də verimlidir. Bunun üçün ilk öncə ev ofis (home office) qurmaq lazımdır. Budur yaxşı ev ofis üçün lazım olanlar:
Data backup
İş üçün lazımlı məlumatların nüsxəsini saxlamaq həyati əhəmiyyət daşıyır. Bunun üçün bulud əsaslı Dropbox və ya Google Drive kimi xidmətlər istifadə edilə bilər. Daha təminatlı bir həll istəyənlər isə 800 dərəcə istiliyə və ya su altında 3 gün qalmağa dözən ioSafe kimi məhsulları seçə bilər.
İnternet əlaqəsi
Evdə işin yaxşı yönlərindən biri bütün gün masa başında oturma zəruriliyin olmamasıdır. Ancaq gün ərzində müxtəlif otaqlarda işləmək istəyən biri, evin hər yerində ineternetin qüsursuz işlədiyindən əmin olmalıdır.
Faylların məhvi
Sənədlərin məhvi üçün bir kağız doğrayan cihazlar lazımlıdır.
İş kreslosu
Gün boyunca oturaraq çalışan şəxslərin puldan çəkinmədən erqonomik bir iş kreslosu almağı, sağlamlıqları baxımından əhəmiyyət daşıyır.
Monitor
Stolüstü və ya dizüstü kompüterdə çalışanlar, uzun iş saatları ərzində işlərini keyfiyyətli və böyük bir ekrana əks etdirərək rahat edə bilərlər.
Çox funksiyalı printer
Çox məqsədli printerlər, faks, surətçıxarma və skaner cihazlarının xüsusiyyətlərini bir yerdə saxlayır.
Simsiz qulaqlıqlar
İşləyərkən telefonda rahat danışmaq üçün simsiz qulaqlıqlardan istifadə etmək olar.
Fasiləsiz enerji
Kompüterlərin enerji kəsintisi halında belə işini təmin edən güc mənbələri, pis sürprizləri aradan qaldırmağa kömək edə bilər.
Kofe maşını
İşləyərkən kofe içməyi sevən şəxslər evə kofe maşını alaraq həm çöldən kofe alma xərcindən, həm də ən yaxın kafeyə getmək üçün xərclənəcək vaxta qənaət edəcəklər.
Yazı lövhəsi
Köhnə metod kimi görünsə də yazı lövhələri işləri vizual olaraq izləmə baxımından yararlıdır.
Günel Abduraxmanova / Banco.az