Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən ay dünya üzrə ən bahalı benzin Honq Konqda satılıb – 3,09 dollar (5,25 manat).
Banco.az xəbər verir ki, benzinin 1 litrinin ən bahalı satıldığı ölkələrin ilk üçlüyündə Sinqapur (2,89 dollar) və İslandiya (2,36 dollar) qərarlaşıb.
Ən ucuz benzin satılan ölkə isə Venesuela – 0,02 dollar (0,03 manat) olub.
Benzinin ən bahalı olduğu ölkələrin ilk 10-luğu aşağıdakı kimidir:
Honq Konq: 3,09 dollar
Sinqapur: 2.89 dollar
İslandiya: 2,36 dollar
Hollandiya: 2,34 dollar
Danimarka: 2,24 dollar
İtaliya: 2.20 dollar
İsveçrə: 2,19 dollar
Norveç: 2,16 dollar
Yunanıstan: 2,16 dollar
Finlandiya: 2,13 dollar
Bizi sosial şəbəkələrdən izləyin!!