Baza qiymətinin 899.96 AZN olması nəzərə alınmalıdır | Banco.az

Baza qiymətinin 899.96 AZN olması nəzərə alınmalıdır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2013008688, AZ2014008687, AZ2015008686, AZ2016008685, AZ2017008684, AZ2018008683, AZ2019008682 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin)   ödənilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 28 sentyabr 2018-ci il tarixində AZ2013008688, AZ2014008687, AZ2015008686, AZ2016008685, AZ2017008684, AZ2018008683, AZ2019008682 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 28 sentyabr 2018-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği  899.96 AZN təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 899.96 AZN məbləği əsasında hesablanacaq.

Bakı Fond Birjasında AZ2013008688, AZ2014008687, AZ2015008686, AZ2016008685, AZ2017008684, AZ2018008683, AZ2019008682 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 899.96 AZN olması nəzərə alınmalıdır.