Bayram alış-verişini Smilecard-la edin! | Banco.az

Bayram alış-verişini Smilecard-la edin!

Artıq bayram ab-havası hiss olunduqca, hamı hədiyyələr əldə etməyə tələsir. Smilecard varsa, alış-verişinizdə rahat gedəcək! İstər geyim, istər ev əşyaları, istər ərzaq mağazasında və ya digər hər hansı ticarət yerində ödənişi rahatlıqla Smilecard-la edə bilərsiniz. Bu unikal və hər yerdə keçərli kartla tərəfdaş axtarmağa ehtiyac qalmır.

Belə ki, Smilecard sahibləri dünyanın istənilən yerində kartdan istifadə edərkən (nağdlaşdırma, onlayn alış-veriş, POS-ödənişlər və s.) xərclənən məbləğ avtomatik 6 və ya 12 aya bölünür və ödəniş qrafiki formalaşır.

Smilecard 2000 AZN-dək arta bilən taksit balansına malikdir. Bu karta sahib olmaq istəyən müştərilər şəxsiyyət vəsiqəsi və gəlirləri təsdiq edən sənəd əsasında Expressbank-ın istənilən filialına yaxınlaşmaqla özündə həm taksit kart, həm «cashback» (xərclənən məbləğin bir hissəsinin geri qayıtması) funksiyalarını birləşdirən – Smilecard-ı ala bilərlər.

Smilecard-ın digər üstünlükləri sırasında – kartın pulsuz verilməsi, 4 ilədək istifadə müddəti, pulsuz SMS məlumatlandırma və s. funksiyaları sadalamaq olar. 

Ən sərfəli kredit üçün müraciət et

Amma bu da son deyil. ExpressClub şəbəkəsi çərçivəsində Smilecard-la POS-terminal vasitəsilə nağdsız ödənişlər etdikdə 20%-dək «cashback» müştərilərə geri qayıdır. Tərəfdaş olmayan bütün müəssisələrdə isə «cashback» 0,3% təşkil edir. Şəbəkəyə daxil olan tərəfdaşların siyahısı daima yenilənməkdə və artmaqdadır.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS-terminal və 600-dək ExpressPay ödəniş terminalı var.

Daha ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

Smilecard – Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin.