Müəllif: Tamara Mustafayeva, Banco.az
Bayden hökuməti elektriklə işləyən avtomobillər də daxil olmaqla, Çin istehsalı olan bir sıra məhsullara tarifləri artırmağı nəzərdən keçirir.
Banco.az xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti mövzuya yaxın mənbələrə əsaslanaraq məlumat verib.
Bildirilənə görə, hazırda Çin elektromobillərinə tətbiq edilən tarif 25 faizə qədər artırıla bilər.
Bundan əlavə, ABŞ günəş enerjisi məhsulları və elektriklə işləyən nəqliyyat vasitələrinin akkumulyator paketləri üçün də potensial tarif artımlarını qiymətləndirir.
Xatırladaq ki, Trump dövründə təxminən 300 milyard dollarlıq Çin məhsullarına tariflər tətbiq edilmiş, Bayden administrasiyası da bu tarifləri dəyişdirmək üçün hələ indiyədək heç bir addım atmamışdı.
“Wall Street Journal”ın məlumatına əsasən, Ağ Evin uzun müddətdir davam edən tarif qiymətləndirmələri gələn ilin əvvəlində yekunlaşa bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!