Bankların Yeni il kampaniyaları - 2019 | Banco.az

Bankların Yeni il kampaniyaları - 2019

Bir çoxlarımızın sevimli bayramı olan Yeni İlə sayılı günlər qalıb. Demək olar ki, hər yerdə bununla əlaqədar bayram endirim və kampaniyalarına rast gəlirik. Banklar da öz növbəsində bu kampaniyalardan geri qalmır. Banco.az bankların bu bayram münasibətilə keçirdiyi kampaniyalarını araşdırıb sizə təqdim edir.

1. AccessBank

a) İlin son fürsəti / Son tarix 30.12.2019

Kampaniyanın şərtlərinə əsasən, müştərilər 30000 manatadək istehlak kreditlərini 36 aya qədər, illik 16.5% faiz dərəcəsi ilə və 0% komissiya ilə əldə etmək imkanı qazanır. Fürsətlər bununla da bitmir! Belə ki, müştərilərimiz 15000 manatadək nağd pul kreditlərini zaminsiz əldə edə bilərlər.

b) Qışınız yaz olsun! / Son tarix 30.12.2019

Sərfəli şərtlərlə biznes və istehlak kreditlərini əldə edən müştərilər kreditlər üzrə ödənişlərə 3 ay sonra başlayacaq.

2. AFB Bank

Sərfəli qış / Son tarix 15.01.2020

Kredit götürən hər kəsə illik faiz dərəcəsinə 2% endirim ediləcək və kreditlər 0% komissiya ilə rəsmiləşdiriləcək. Xatırladaq ki, nağd pul kreditinin müddəti 3 aydan 48 ayadəkdir və kreditin maksimal məbləği 20 000 AZN təşkil edir.

3. AtaBank

Yeni ilə iPhone ilə / Son tarix 31.12.2019

“Yeni ilə iPhone ilə” kampaniyasının şərtlərinə əsasən əmanətçilər müxtəlif hədiyyələrə sahib ola bilərlər: iPhone 11, Pro və Pro Max telefonları, İSMA Bike, Gəncə Beynəlxalq Xəstəxanasında tam klinik müayinə, Excelsior Hotel Shamkir, Qalaaltı Hotel & SPA, Shamakhi Palace Sharadil, Quba Palace, Lankaran Springs & Wellness Resort,  Garabag Resort & SPA, Aura SPA otellərində istirahət  paketləri, eləcə də Uludağ/Şri-Lanka/Şarm-Əl-Şeyx/Dubay istiqamətlərinə səyahət imkanı.

4. Azər Türk Bank

a) Qış kampaniyası / Son tarix 31.01.2020

Kampaniya müddətində “İstehlak” kreditlərinin illik faiz dərəcəsinə  4%-dək endirim tətbiq edilir. Endirimdən sonra kreditlərin illik faizi dərəcəsi 16%-dən başlamaqla, kreditlərin maksimum müddəti 48 ay müəyyən edilib. Bundan əlavə, kreditin maksimum məbləği 25 000 manat, zaminsiz verilən kreditin məbləği isə 15 000 manatdır.

b) 80%-lik Qış endirimi / Son tarix 30.12.2019

Qış kampaniyası çərçivəsində ATB Bankın premium ödəniş kartlarına cəmi 20%-ini ödəməklə sahib ola bilərsiniz.

Azer Turk Bank adlı şəxsin şəkli.

c) Kredit kartı hədiyyə! / Son tarix 30.12.2019

Kredit xətti sifariş edən müştərilərə MC / VISA Gold kredit kartı hədiyyə verilir.

Azer Turk Bank adlı şəxsin şəkli.

d) Klassik əmanətə +0.5% / Son tarix 30.12.2019

Milli valyutada 36 aylıq “Klassik” əmanəti yerləşdirən müştərilərə əlavə 0.5% gəlir hesablanacaq. Əmanət növü kampaniya üzrə faiz dərəcəsi aylıq 9.5%, müddətin sonunda 10%-dir.

Azer Turk Bank adlı şəxsin şəkli.

5. Azərbaycan Beynəlxalq Bankı

a) Depozitlərə +1% / Son tarix 31.01.2020

50 000 manat və daha çox məbləğdə depozit yerləşdirən müştərilər mövcud faiz dərəcələrinə +1% əlavə qazanc əldə edəcək. Depozitləri  12/24/36 ay müddətinə yerləşdirmək mümkündür.

b) Yeni ilə aşağı faizlə / Son tarix 31.01.2020

Bankın əmək haqqı və pensiya kartına malik hər kəs kampaniya müddətində nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankından cəmi 16%-dən başlanan illik faiz dərəcəsi ilə ala bilər. Kreditin maksimum məbləği 20 000 manat olsa da, 15 000 manatadək olduqda kredit zaminsiz rəsmiləşdirilir. Kreditin müddəti  isə 48 ayadəkdir.

6. Bank BTB

a) Yeni ilə Yeni Kart / Son tarix 30.12.2019

Bank BTB maksimum müddətli Visa Classic kartlarını müştərilərinə 3 illik Visa Classic kartını əldə etmək istəyən istər fiziki, istərsə də hüquqi şəxslər bunun üçün cəmi 5 AZN ödəməli olacaqlar. Müştərilərə 1 iş günü ərzində təqdim olunan kartlar AZN valyutalıdır.

b) Qazancla başla / Son tarix 31.12.2019

Kampaniya müddətində hesabını Bank BTB-də açan hüquqi şəxslərə ödənişsiz, 3 illik “Bosscard” kart məhsulu təqdim olunacaq. “Bosscard”-ı əldə edən hər bir şəxs 10.000 AZN-dək overdraft üstünlüyü qazanacaq və 30 gün güzəşt müddəti əldə edəcək. Əlavə olaraq, aparılan əməliyyat tariflərində 50 faiz endirim tətbiq olunacaq.

c) 2020-yə 20% endirimlə / Son tarix 31.12.2019

Kreditlərin illik faiz dərəcəsinə 20%-dək endirim tətbiq olunacaq. Kampaniyanın daha bir üstünlüyü 50.000 AZN-dək təklif olunan kreditlərdə komissiya faizinin 0% olmasıdır. Bunlarla yanaşı, 48 ay müddətinə təklif olunan kreditlər üzrə 6 ay güzəşt müddətinin olması da məhsula olan tələbatı yüksək edir.

Ən sərfəli kredit üçün müraciət et

7. Bank of Baku

İNDİ AL, 2020-də ÖDƏ! / Son tarix 31.12.2019

Azərbaycan vətəndaşı olan hər kəs rəsmi gəlirinin 20 misli qədər – 30.000 AZN-dək krediti 48 ayadək əldə edə bilər. Müştərilər 30.000 AZN-dək Nağd Pul kreditini zaminsiz və komissiyasız şərtlərlə də əldə etmə imkanına sahibdirlər. 

8. Bank Respublika

a) 100% SƏRFƏLİ / Son tarix 30.12.2019

Müştərilərə nağd istehlak kreditləri  100% komissiyasız və illik 16%-dən başlayan sərfəli faiz dərəcəsilə təklif olunacaq. Kreditin maksimal mәblәği 30 000 manat, müddәti isә 24 ay tәşkil edir. Rəsmi gəlirdən asılı olaraq 20 000 AZN-dək məbləğdə kredit zaminsiz də təqdim edilə bilər.

b) “Kodu tap, hədiyyə qazan” / Son tarix 30.12.2019

Aksiya çərçivəsində Bakı sakinləri və qonaqlar hər gün şəhərin fərqli məkanında dayanacaq “Şaxta Baba”nın maşınında yerləşdirilən xüsusi ekranda cəmi 2 rəqəmi düzgün tapmaqla, balansında 100 AZN olan ödəniş kartı və Paypass Stiker qazana biləcək! Aksiyada iştirak etmək üçün sadəcə olaraq “Şaxta Baba”nın maşını ilə foto çəkib sosial şəbəklərdə #şaxtababank heşteqi ilə paylaşmaq lazımdır.

9. Expressbank

a) Komissiyasız mikro kreditdən faydalanmağa tələsin! / Son tarix 30.12.2019

Expressbank sahibkarlara dəstək məqsədi ilə çevik yanaşma və sərfəli tariflər ilə mikro kredit təklif edir. Üstəlik hazırda kampaniya çərçivəsində sahibkarlar 20.000 AZN-dək mikro kreditləri 0% komissiya ilə alacaqlar. Ümumilikdə isə müştərilər hətta 70.000 AZN-dək mikro kreditləri 42 ayadək müddətə götürə bilərlər.

 

b) Arzulara daha yaxın! / Son tarix 30.12.2019

Nağd pul kreditləri endirimli faiz dərəcəsi – illik cəmi 16,5% təklif edilir. Endirimli kampaniyadan yararlanmaq istəyənlər pul kreditini tək 12 aya deyil, hətta 24 və ya 36 ayadək rəsmiləşdirərək ödənişləri illik 16,5% ilə ödəyə bilərlər.

10. Kapital Bank

BirKart-la taksit edən hər müştəri hədiyyə qazanacaq / Son tarix 05.01.2020

Kampaniyanın şərtlərinə görə taksitlə minimum 50 AZN məbləğində alış-veriş edən hər müştərilər müxtəlif hədiyyələr qazanacaqlar.Alış-veriş edən müştəri qazandığı hədiyyə barədə dərhal telefonuna bildiriş alacaq. 

Hədiyyələr arasında McDonald’s və KFC-dən pulsuz menyular, CinemaPlus və Park Cinemadan pulsuz kino bileti, Azercell və Bakcell-dən pulsuz danışıq dəqiqələri və meqabaytlar, Azpetrol-dan pulsuz yanacaq kuponu, 189 Taksi Xidmətindən pulsuz gediş haqqı, həmçinin Kapital Bank-dan pulsuz Visa Electron kartı vardır. Hər 100-cü əməliyyat edən müştərilər isə avtomatik olaraq 100 AZN qazanacaqlar.

11. PAŞA Bank

Əməkhaqqı kartlarını PULSUZ qazanma şansı! / Son tarix 31.12.2019

Hüquqi şəxslərin və fərdi sahibkarlar qeydiyyatdan keçib əməkhaqqı kartlarını sifariş etdiyi zaman 100-cü olduğu halda əməkhaqqı kartlarını pulsuz əldə edəcək.

12. Rabitəbank

a) Qış kampaniyası / Son tarix 13.01.2020

Bu kampaniya vasitəsilə nağd pul kreditinə illik cəmi 16% ilə, 15.000 manatadək krediti müştərilər 36 ayadək əldə edə biləcəklər. Bu kampaniya çərçivəsində müştərilər 10.000 AZN-dək məbləği zaminsiz əldə edə bilərlər.

b) Sürətli Pul Köçürmələri üzrə kampaniya / Son tarix 19.01.2020

Kampaniyada iştirak etmək üçün minimum 500 AZN və ya onun ekvivalentində olan xarici valyutada ölkə xaricinə pul göndərən hər bir müştəriyə bir Yaşıl Kartmane kartı hədiyyə ediləcəkdir (1 illik pulsuz).

Rabitabank adlı şəxsin şəkli.

13.  Unibank

a) 0% komissiyalı 2020 / Son tarix 07.01.2020

Dekabrın sonunadək “Unibank”dan nağd kredit götürənlər 2020 AZN-dək krediti  0% komissiya ilə əldə edəcək, ödənişi isə 1 ay möhlətlə- ikinci aydan başlayaraq ödəyəcəklər. Üstəlik ALBALI PLUS kredit kartını da pulsuz əldə etmək imkanı qazanacaqlar.

Unibank adlı şəxsin şəkli.

b) 20 faizsiz taksit / Son tarix 06.01.2020

Albalı kartı ilə partnyor şirkətlərdən alış-veriş edən 20 aya faizsiz hissə-hissə ödəmə imkanı əldə edir.

c) Yeni ilə 3% endirimlə / Son tarix 31.12.2019

“Unibank”dan mikrokredit götürən bütün biznes sahibləri, 50.000 manatadək krediti 0% komissiya ilə 48 ayadək müddətə, üstəlik 3%-dək endirimlə əldə edəcəklər. Kampaniyadan  ticarət, istehsal, kənd təssərrüfatı və xidmət sahələrində fəaliyyət göstərən sahibkarlar faydalana bilərlər.

Tərlan Qəhrəmanova, Banco.az