Onlayn məsləhət - sual, problem, şikayətlərinizlə bağlı fikirlərinizi yönəldə biləcəyiniz bir sistemdir. Bu bankın məhsul və xidmətləri haqqında ümumi məlumat ala biləcəyiniz bir xidmət kanalıdır. Bunu bir növ canlı dəstək kimi də qəbul eləmək olar. Bank nümayəndəsi sizi dinləyir (müraciətinizi oxuyur) və sizə doğru olan məlumatı çatdırır. Siz bunun üçün hər hansı bir məbləğ ödəmirsiniz, yerinizi dəyişmirsiniz və növbə üçün gözləməli olmursunuz (bəzən isə olursunuz).
Bəzən onlayn müraciətlər zamanı da hazırda heç bir operatorun sərbəst olmadığı deyilir və müraciətinizin cavablanması üçün bir az gözləməyiniz xahiş olunur. Lakin call-center xidməti ilə müqayisədə bu müddət daha az olur.
Onlayn məsləhətdən yararlanmaq üçün, Siz sadəcə bankın saytında müvafiq pəncərədə adınızı, soyadınızı və əksər hallarda e-mail adresinizi qeyd edirsiniz. Bəzi hallarda bu cür rəsmiyyət sizdən tələb olunmur. Müştərilər bunu vaxt itkisi hesab edir. Siz sayta daxil olaraq, dərhal online çatı aktivləşdirib, bank əməkdaşı ilə özünüzü təqdim etmədən ünsiyyət yarada bilirsiniz.
Aşağıdakı cədvəlimiz, sizə hansı bankda onlayın məsləhət xidmətinin aktiv olması ilə yanaşı, həm də ünsiyyətə başlamaq üçün özünü təqdim etməyə ehtiyac olub-olmadığını aydınlaşdırmağa icazə verəcək.
Bank |
Xidmətin adı |
Müraciət üçüb tələb olunur |
Əlavə xidmət |
Ad və Soyad, email |
|
||
Ad və Email |
|
||
Ad və email |
|
||
Hazırlanmaq üzrədir |
|
||
Ad və Soyad, email |
|
||
Ad və Soyad, email |
|||
Heç bir məlumat tələb olunmur |
Zəng sifarişi |
||
Heç bir məlumat tələb olunmur |
|||
Ad və Email |
|
||
Heç bir məlumat tələb olunmur |
Randevü Xidməti Filialda görüşünüzü əvvəlcədən təyin edin |
||
İstifadəçi adı və elekton poçt |
Skype (Bizə zəng et) |
||
Sualınız Var? |
Ad, soyad və email |
|
|
Ad, soyad və email |
|
||
Heç bir məlumat tələb olunmur |
|
||
Heç bir məlumat tələb olunmur |
|
||
Bu forma üzərində işlər gedir |
|||
Heç bir məlumat tələb olunmur |
|||
Heç bir məlumat tələb olunmur |
Skype |
||
Ad və email |
|
||
|
|||
Heç bir məlumat tələb olunmur |
Araşdırma zamanı aşağıda adları çəkilən bankların saytlarına da nəzər saldıq, lakin sözü keçən xidmət onlarda aktiv deyil.
AccessBank, AFB Bank, AmrahBank, AtaBank, Bank Avrasiya, Bank of Azerbaijan, Bank Silk Vey, DekaBank, ExpressBank, GunayBank, GəncəBank, MuganBank, NaxçıvanBank, Qafqaz İnkişaf Bankı, Pasha Bank, ZaminBank, Yapı Kredi Bank Azərbaycan, United Credit Bank.
Onlayn konsultanlar bankla bağlı bir çox xidməti həyata keçirməyə imkan verir, suallarınızı cavablandırır, lakin bəzən onların səlahiyyətləri, Call center əməkdaşları ilə müqayisədə daha məhdudlaşmış olur. Amma təcrübə göstərir ki, onlayn konsultantlar sizin suallarınızı daha tez cavablandırır, vaxt itkisi az olur, çünki Müştəri xidmətləri mərkəzinə zəng etdikdə yönləndirmə və ya gözləmə müdddəti daha çox davam edir.