Bankların müştərilərə verdiyi kreditlər 5-10 faiz artacaq | Banco.az

Bankların müştərilərə verdiyi kreditlər 5-10 faiz artacaq

2018-ci ildə Azərbaycan banklarının kredit portfeli 5-10 faiz artacaq.

Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.

Agentlik yeni hesabatında Azərbaycan bank sistemi üzrə proqnoz “mənfi”dən “stabil”ə dəyişib.

Agentliyin fikrincə, iqtisadi artımın bərpa olunması kreditlərə tələbatın artmasına səbəb olacaq. Bu, əsasən əhaliyə kreditlərin artması hesabına baş verəcək.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda 2018-ci ildə korporativ kreditləşmə dinamikası zəif olacaq.

Hesabatda qeyd olunur ki, bankların ümumi aktivlərində kreditlərin payı 2014-cü ildə 74 faizdən 2017-ci ildə 41 faizədək düşüb.

Agentlik Azərbaycan banklarının kredit portfellərinin problemli kreditlərdən təmizlənəcəyini gözləyir. Bundan başqa, bank sektorunun konsolidasiyası davam edəcək.

© Trend