Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu il noyabr ayının 1-i tarixinə Azərbaycan banklarının dövlət xətti ilə verdiyi ipoteka kreditlərinin orta məbləği 60 807 min manat təşkil edib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir.
Hesabata görə, bu, 1 ay əvvəllə müqayisədə 238 min manat və ya 0,4%, ötən il noyabrın 1-i ilə müqayisədə isə 3,2 milyon manat və ya 5,6% çoxdur. Bu dövrdə verilmiş ipoteka kreditləri üzrə orta faiz dərəcəsi isə 6,34% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!