Yayın bu qızmar havasında bütün qayğılardan uzaqlaşmaq və istirahətə zaman ayırmaq istəyirsinizsə, bu məqalə tam olaraq sizin üçündür.
Banco.az olaraq bankların təşkil etdiyi səyahət və tətil kompaniyalarını araşdırdıq, buyurub tanış ola bilərsiniz.
- AGBank. Belə ki, 2016-cı ilin aprel ayının 30-dan etibarən bu ilin 31 iyul tarixinə qədər keçirilən “Arzularınızın səyahətini qazanın” stimullaşdırıcı lotereya AGBank müştərilərinə dəyərli hədiyyələr qazandıracaq. Stimullaşdırıcı lotereyada iştirak etməklə siz 6 səyahət vauçeri və Sabina Perfumery&Cosmetics mağazalar şəbəkəsində 120 vauçerdən birini əldə edə bilərsiniz. Lotereyaya qoşulmaq isə çox sadədir. Visa Gold və ya Visa Platinum və ya Visa Infinite bank ödəniş kartları ilə Azərbaycan Respublikası ərazisində və ya ondan kənarda yerləşən istənilən ticari-xidmət müəssisəsində, həmçinin, İnternet şəbəkəsində məhsullar və ya xidmətlər üzrə 50 AZN məbləğindən başlayan nağdsız əməliyyat aparmaqla siz lotereyanın iştirakçısına çevrilirsiniz.
- Azər Türk Bank. Azər Türk Bank “Səyahət həyəcanı” kampaniyasını həyata keçirir ki, bu kompaniya 01 iyun-15 avqust 2016-cı il tarixləri arasında reallaşır. “Səyahət həyəcanı” kampaniyası çərçivəsində Azər Türk Bankın ödəniş kartları vasitəsi ilə ən aktiv ödənişlər edən müştərilər arasından 3 nəfər qalib müəyyən olunacaq. Qaliblərin seçimi zamanı əməliyyatların sayı ilə yanaşı, məbləği də nəzərə alınacaqdır. “Səyahət həyəcanı”ın qalibi olmuş müştərilər xaricdə bir həftəlik istirahət imkanı qazanacaqlar.
- Azərbaycan Beynəlxalq Bankı. Beynəlxalq Bankın müştərilərə təklif etdiyi kampaniyaya əsasən 50 AZN-dən çox istənilən alış-verişi premium Visa kartı ilə ödəyən müştərilər kart-qəbzi saxlamaqla və bu kart-qəbzi qeydiyyatdan keçirməklə 120 ədəd Sabina Perfumery&Cosmetics vauçerlərindən və 6 ədəd arzuların səyahətindən birini udmaq şansı qazana bilərlər.
- Kapital Bank. Kapital Bank “Dincəlmək vaxtıdır” adlı stimullaşdırıcı lotereya keçirir. Şərtlərə görə 29 iyuladək Kapital Bank-dan kredit götürən müştərilər tirajlı lotereyada iştirak edib, Azərbaycanın dilbər guşələri olan Şamaxı, Qəbələ və Qubada yerləşən 5 ulduz mehmanxanalara səyahət paketləri əldə edə biləcəklər. Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
- NBCBank. NBC Bankın təklif etdiyi kampaniyaya əsasən yalnız elektron aviabiletin surəti, şəxsiyyət vəsiqəsi və gəliri təsdiq edən sənədlə Banka yaxınlaşaraq “Səyahət Krediti”ni əldə edə bilərsiniz.
- İllik faiz dərəcəsini 4%;
- 5000 ABŞ Dollarına qədər;
- 36 aya qədər.
Eyni zamanda VİSA Gold Plastik kartı sizə hədiyyə olunacaq.
Qeyd edək ki, kampaniya avqust ayının 15-dək davam edəcəkdir.