Banklardan təhsilə dəstək olan kampaniyalar | Banco.az

Banklardan təhsilə dəstək olan kampaniyalar

Təhsil həyatın önəmli mərhələsidir. Təhsilimiz bizə həyatda mövqe tutmağa kömək edir. Deyə bilərik ki, təhsil karyeraya gedən yolun ilk qapısıdır. Uğurlu təhsil uğurlu karyera deməkdir.

Lakin, bəzən bu yolda bəzi problemlərlə rastlaşırıq. Bu problemlərin əksəriyyəti təhsil haqqı ilə əlaqədar və ya digər maddi çətinliklərdir. Bu zaman köməyə ehtiyacımız olur. Banklar isə bu bizə yardım etmək məqsədi ilə bir sıra tədbirlər hətyata keçirirlər.

Təhsil haqqını ödəmək, tələbələrə və məktəblilərə dəstək olmaq  üçün bəzi banklar kampaniyalar həyata keçirir və müxtəlif kredit kartları və pulsuz debet kartları təklif edirlər.

Həmin kampaniyaları sizə təqdim edirik:

 

Unibank  “TƏHSİL ARZUNUZU ALBALI PLUS-LA REALLAŞDIRIN!”  

“Unibank” ALBALI PLUS kartları ilə ödəniş kampaniyasına başlayırıq. Təhsil haqqı kart sahibinin istəyinə uyğun olaraq 6 və ya 12 ay müddətinə ödənilə bilər Bunun üçün sadəcə, kart sahibi Unibank-ın Mərkəzi ofis, “Əcəmi”, “Neftçilər”, “Mərdəkan” və “Sumqayıt” filiallarına yaxınlaşıb, vəsaitin köçürüləcəyi təhsil müəssisəsinin rekvizitlərini təqdim etməlidir. 

 

Azər Türk Bank “Sizinlə gələcək” kampaniyası

Sosial məsuliyyəti fəaliyyətində ön planda tutan Azər Türk Bank, xarici universitetlərdə təhsil alan tələbələrə dəstək olmaq məqsədi ilə “Sizinlə Gələcək” adlı kampaniyasını təqdim edir. Xarici ölkənin universitetində təhsil aldığını və ya təhsil alacağını təsdiqləyən hər bir gəncə bu kampaniya çərçivəsində 1 illik MasterCard “STANDART KARTI” HƏDİYYƏ ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

 

Dəmirbank ”BanKarTələbə - Güc gəlsin bizdən sizə” 

Kampaniyanın şərtlərinə əsasən, 18 yaşı tamam olmuş, ali və orta ixtisas təhsil müəssisələrində oxuyan tələbələr DəmirBankın istənilən filialına yaxınlaşaraq və tələbə biletini təqdim edərək, pulsuz plastik kart əldə edə bilərlər. Hədiyyə olaraq yalnız Visa Electron və MasterCard Maestro kartları təqdim olunur. Kart bir illik verilir. 

 “Bank of Baku” isə məktəblilərə özəl kampaniya həyata keçirir və bu yolla təhsilə dəstəyini göstərir.

 

Bank of Baku-dan məktəblilərə özəl “ƏLAÇI” kampaniya!

“Yeni Dərs İlinə Əlaçı” şüarı altında keçirilən kampaniya Bolkartlı valideynlərə övladları üçün məktəb bazarlıqlarını daha rahat və sərfəli şərtlərlə etmək imkanı verir. Belə ki, kampaniyadan, həm “1 aya ödə”, həm də “3 və ya 6 aya ödə” opsiyaları üzrə alış-veriş edən Bolkartlılar faydalana biləcəklər. 

Kampaniyaya əsasən, Bolkartlılar “1 aya ödə” partnyorlarında etdikləri alış-verişin dəyərini 2 ay sonra, yəni sentyabrdakı məktəb bazarlıqlarının xərcini noyabrda ödəyəcəklər. “3 və ya 6 aya ödə” partnyorlarında etdikləri alış-verişin ödənişinə isə +1 ay HƏDİYYƏ qazanacaqlar. Bununla da, 3 aylıq partnyorlarda edilən alış-verişin xərcini 4 aya, 6 aylıq partnyorlarda isə dəyərini 7 aya ödəyə biləcəklər.