Banklardan maksimum nə qədər kredit ala bilərik? | Banco.az

Banklardan maksimum nə qədər kredit ala bilərik?

Banco.az olaraq ölkəmizdə nağd pul krediti verən banklar və onların şərtlərini araşdırmışdıq. Bu dəfə isə bankların təklif etdiyi maksimum nağd pul kreditinin həcmini, şərtlərini və həmin bankların siyahısını hazırladıq. Qeyd edək ki, bu kreditlər istehlak kreditləri qrupuna aiddir.

Banklar sizə maksimum siyahıda göstərilmiş məbləğdə kredit verə bilər:

Həmçinin bax: İstehlak krediti verən banklar.

Bank

Məbləğ(AZN)

Müddət (Ay)

Faiz

Bank Silk Way1

30.000

24 ay

16-18%

CDB Bank

30.000

24

32%

Kapital Bank2

20.000

3-40

26,84%

Beynəlxalq Bank3

15.000

24

27-29%

AccessBank

10.000 

6-24

29%

Dəmirbank

10.000

36

27-29%

AFB Bank

10.000

12

26-30%

Azər Türk Bank4

10.000

12-24

24-26%

Bank Avrasiya

10.000

12

27%

Yapı Kredi Bank Azərbaycan

10.000

3-36

28%

Bank BTB

5.000

3-36

32-38%

Bank of Baku5

5.000

6-12

26-32%

Bank Respublika

5.000

6-12

32%

Expressbank

5.000

12-36

28-30%

Turanbank

5.000

18

29%

Unibank

5.000

3-24

30%

Rabitəbank

1.000

12

27%

Ən sərfəli kredit üçün müraciət et

  1. Bank Silk Way-dən kredit almaq üçün ya bankın, ya da AZAL-ın əməkdaşı olmaq lazımdır.
  2. Kredit Kapital Bank-dan maaş və pensiya kartı olan şəxslərə verilir. Son iş yerində staj minimum 3 ay olmalıdır. Təqaüdçülər üçün isə belə bir tələb yoxdur. Xüsusi hallarda zamin tələb edilə bilər.
  3.  Beynəlxalq Bank - dan  əmək haqqı və ya pensiya kartı olmalıdır.
  4. Kreditgötürən əmək haqqını Azər Türk Bank-dan almalıdır.
  5. Bank of Baku-dan kredit almaq üçün iş yeriniz Bank of Baku-nun partnyorlarından biri olmalıdır. İş yerinizin Bank of Baku-nun partnyoru olub olmamasını öyrənmək üçün bankla əlaqə saxlamalısınız.

Ümumilikdə kredit üçün bütün banklar tərəfindən iş yerindən arayış və ya gəlirləri təsdiq edən sənəd və şəxsiyyət vəsiqəsi tələb olunur. Bəzi hallarda isə zamin tələbi ola bilər. Kredit üçün faiz dərəcələri sizin iş yerinizdən və kredit tarixçənizdən asılı olaraq dəyişə bilər.

Qeyd edək ki, məlumatlar banklarla əlaqə saxlanılaraq toplanmışdır.