“SMS Notifications” – SMS xəbərdarlıq kart sahibinin onun kartı ilə aparılan bütün əməliyyatları haqqında dərhal SMS vasitəsi ilə xəbərdarlıq etmək deməkdir.
“SMS Notifications” xidmətindən istifadə edərək kart sahibi mobil telefonuna kartı üzrə mədaxil və məxaric əməliyyatları üzrə sms xəbərdarlıq alır. Bununla yanaşı kart sahibi kart hesabının qalığı haqqında məlumat əldə edir ki, bu da şəxsi xərclərin idarə edilməsində yardımçı olur. Xidmət həmçinin maaş kart sahibləri üçün faydalıdır. Onlar hesaba maaş hesablanan zaman ani olaraq telefona xəbərdarlıq alır.
Bu xidmətə qoşulmaq üçün bəzi banklar xidmət haqları tutsalar da, digərləri pulsuz olaraq təqdim edirlər. Siz xidmətə qoşulmaqla nəinki rahat məlumatlandırma sisteminə malik olacaqsınız, həm də hesabın təhlükəsizliyini təmin etmiş olacaqsınız.
Aşağıdakı cədvəldə mövcud xidmət üzrə bankların xidmət haqları qeyd olunmuşdur.
Bankın adı |
Xidmət haqqı |
AccessBank |
Aylıq 50 qəp, illik 5 AZN |
ASB Bank |
Ödənişsizdir |
Bank Standard |
Ödənişsizdir |
AtaBank |
Aylıq 1,20 AZN |
Azər Türk Bank |
1 sms 10 qəpik (0.10 AZN) |
Dəmir Bank |
İllik 9-12 AZN* |
ABB |
Aylıq 1.18AZN (pensiya kartları üçün 0.10AZN) |
Bank BTB |
Aylıq 2,00 AZN |
AtraBank |
Aylıq 2,00 AZN |
Bank Respublika |
Aylıq 0.99 AZN |
Bank of Baku |
5 AZN (Birdəfəlik) |
AFB Bank |
Aylıq 1,50 AZN |
AG Bank |
Aylıq 1,18 AZN |
Amrah Bank |
Ödənişsizdir |
Deka Bank |
Aylıq 1,50 AZN |
ExpressBank |
İllik 6, 00 AZN** |
Kapital Bank |
1 sms üçün 0,10 qəpik |
Qafqaz İnkişaf Bankı |
1.18 AZN (aylıq) |
Nikoil Bank |
Aylıq 1.20 AZN |
Muğan Bank |
Aylıq 3 AZN*** |
NBC Bank |
1 illik 20 AZN |
Rabitə Bank |
Aylıq ı 1.7 AZN; 2.2 USD; 1.5 EUR |
Para Bank |
Ödənişsizdir |
Paşa Bank |
Aylıq 1, 5 AZN |
Unibank |
Ödənişsizdir |
Yapı Kredi Bank Azərbaycan |
Standart paket- Aylıq 1 AZN Sadə paket - 0,5 AZN |
Bank VTB |
Aylıq 2 AZN (Depozit kartlar üçün pulsuz |
Xalq Bank |
Aylıq 2 AZN |
Zamin Bank |
İllik 25 AZN |
TuranBank |
illik 12 AZN |
DəmirBank- Xidmətə qoşulmaq üçün filiala müraciət etdikdə ödəniş 1 il üçün 9 AZN, bankomat vasitəsilə qoşulduqda isə 1 il üçün 12 AZN təşkil edir. Bankomat vasitəsilə müştəri bu xidmətə maksimum 12 ay olmaqla 1 ay üçün 1 AZN hesabı ilə qoşula bilər.
ExpressBank - VISA/MasterCard Gold və VISA/MasterCard Platinum üçün pulsuzdur.
MuğanBank - Visa Platinum və MasterCard Platinum kartları üçün pulsuzdur.
Bank Respublika - "Visa İnfitinite" və Paykart kredit kartları üzrə sms məlumatlandırma pulsuzdur.