Banklar öz filiallarını bağlayırlar (VİDEO) | Banco.az

Banklar öz filiallarını bağlayırlar (VİDEO)

Kreditlərlə bağlı son dəyişiklikdən sonra vətəndaşların bu filiallara müraciətləri azalıb

Ölkədə bir sıra banklar öz filiallarını bağlamağa qərar veriblər. Buna səbəb filiallarla daha çox kreditlərlə bağlı xidmətin göstərilməsi, bunun isə indi məhdudlaşdırılmasıdır. Mütəxəssislər deyir ki, filialların bağlanmasına zərurət əsasən avtomobil kreditləşməsi dayandıqdan sonra yaranıb. Bir qayda olaraq banklar öz filiallarını müştərilərin sayının daha çox və təklif olunan xidmətlərə tələbatın yüksək olduğu bölgələrdə açırlar. Məqsəd xidmətlərə müştərilərilərin əlçatanlığını artırmaqdır. 

Kreditlərlə bağlı son dəyişiklikdən sonra isə vətəndaşların bu filiallara müraciətləri azalıb. 

Bu isə öz növbəsində bankların gəlirlərinin azalmasına səbəb olub. Artıq həmin filialların saxlanması bank üçün əlavə xərcə çevrilib. Nəticədə banklar öz fəaliyyətində struktur dəyişikliyi həyata keçirməyə başlayıblar. İqtisadçılar hesab edir ki, banklar öz xərclərinə qənaət etmək məqsədilə öz filiallarının sayını azaltmaqla yanaşı, həm də öz işçilərinin bir hissəsini ixtisar edəcək.

İqtisadçı, Ruslan Atakişiyev: “İndiki vəziyyətdə banklar istənilən qədər kredit mütəxəssisi götürürdü. Bu işin mahiyyəti ondan ibarət idi ki, işə gəlmisənsə kredit götürəcək şəxs tap. Çərçivə daraldıqca insanların sayını azaldacaq”. 

Filialların bağlanması xüsusən bölgələrdə gözlənilir. Hesab olunur ki, bu yerlərdə öz müştərilərinin azaldığını və digər xidmətlərə də tələbatın aşağı düşdüyünü görən bank həmin bölgədəki ofisini bağlayacaq. 

Ən sərfəli kredit üçün müraciət et

anspress.com