Banco.az olaraq ölkəmizdə nağd pul krediti verən banklar və onların şərtlərini araşdırmışdıq. Bu dəfə isə bankların təklif etdiyi maksimum nağd pul kreditinin həcmini, şərtlərini və həmin bankların siyahısını hazırladıq. Qeyd edək ki, bu kreditlər istehlak kreditləri qrupuna aiddir.
Banklar sizə maksimum siyahıda göstərilmiş məbləğdə kredit verə bilər:
Həmçinin bax: İstehlak krediti verən banklar.
Bank |
Məbləğ(AZN) |
Müddət (Ay) |
Faiz |
CDB Bank |
30.000 |
24 |
32% |
Kapital Bank1 |
20.000 |
3-36 |
29,84% |
Beynəlxalq Bank2 |
15.000 |
36 |
26-29% |
AccessBank |
10.000 |
6-24 |
29% |
AFB Bank |
10.000 |
12 |
26-30% |
Azər Türk Bank3 |
10.000 |
12-24 |
24-26% |
Bank Avrasiya |
10.000 |
12 |
27% |
Dəmirbank |
10.000 |
24 |
27-29% |
Yapı Kredi Bank Azərbaycan |
10.000 |
3-36 |
28% |
Bank BTB |
5.000 |
3-36 |
32-38% |
Bank of Baku4 |
5.000 |
6-12 |
26-32% |
Expressbank |
5.000 |
12-36 |
28-30% |
Turanbank |
5.000 |
18 |
29% |
Unibank |
5.000 |
3-24 |
30% |
Rabitəbank |
1.000 |
12 |
27% |
- Kredit Kapital Bank-dan maaş və pensiya kartı olan şəxslərə verilir. Son iş yerində staj minimum 3 ay olmalıdır. Təqaüdçülər üçün isə belə bir tələb yoxdur. Xüsusi hallarda zamin tələb edilə bilər.
- Beynəlxalq Bank - dan əmək haqqı və ya pensiya kartı olmalıdır.
- Kreditgötürən əmək haqqını Azər Türk Bank-dan almalıdır.
- Bank of Baku-dan kredit almaq üçün iş yeriniz Bank of Baku-nun partnyorlarından biri olmalıdır. İş yerinizin Bank of Baku-nun partnyoru olub olmamasını öyrənmək üçün bankla əlaqə saxlamalısınız.
Qeyd edək ki, məlumatlar banklarla əlaqə saxlanılaraq toplanmışdır.