Pul yığmağın çətin olduğu hazırki günümüzdə demək olar ki, ehtiyaclarımızın əksəriyyətini, hətta təməl ehtiyaclarımızı da bank kreditləri vasitəsi ilə həyata keçiririk. Əvvəllər bank kreditləri yalnız ev və ya avtomobil almaq üçün istifadə edilirdisə, indi mebel və ya telefon almaq, iş qurmaq, tətilə çıxmaq və s. üçün də kredit götürülür.
İndi isə banklar kredit verərəkən nələrə diqqət edir sualına aydınlıq gətirəcəyik.
Texnologiya sürətlə inkişaf edir, bunun nəticəsidir ki, biz hər hansı bankdan istehlak krediti və ya digər növ kredit götürdükdə, kredit kartlarından ya da digər xidmətlərindən istifadə etdikdə bu, digər banklar tərəfindən də görülə bilir. Bu izləmənin əsas məqsədi kredit almaq istəyən müştərinin dəyərləndirilməsi və analiz edilməsi, sonra isə ona krediti verib-verməmək haqqında qərara gəlmək üçündür.
Kreditin məbləğinə uyğun olaraq əmək haqqı, zaminlik və s. bu kimi məsələlərin müəyyən edilir.
Bütün bunlardan sonra banklar ilk olaraq müştərinin kredit tarixçəsinə baxırlar. Kredit tarixçəsi (müştərinin banklardan götürdüyü kreditləri, onun məbləğini və ona görə ödəmələrini əks etdirir) kredit verməyə hazırlaşan banklar tərəfindən yoxlanılır və qiymətləndirilir. Müştərinin son bir neçə ildə götürdüyü kreditlər və istifadə etdiyi kredit kartları, kreditlərə görə ödəmələr, ödəmələrin gecikməsi hallarının müəyyən edilməsi və bu kimi hallar araşdırılır. Əsasən kreditə görə ödəmələrin gecikməsi, gecikmə müddəti və müştərinin ödəmə performansı bank tərəfindən daha çox diqqət edilir. Əgər bu ödəmələrdə nəzərə çarpacaq gecikmə halları varsa, bankların bu cür müştərilərə kredit verməkdən imtina etmə ehtimalı daha yüksəkdir. Lakin, ödəmələr daima vaxtlı-vaxtında edilibsə banklar kredit vermək üçün belə müştəriləri daha üstün tuturlar.