Banklar kredit müraciətlərini hansı metodla dəyərləndirir? | Banco.az

Banklar kredit müraciətlərini hansı metodla dəyərləndirir?

Hər bir ölkədə kredit əldə etmək üçün müraciət edən minlərlə insan banklar tərəfindən qiymətləndirir. Qiymətləndirmənin əsas məqsədi müştərinin kredit verilməsi üçün uyğun olub-olmamasını müəyyən etməkdir. Əgər, müştəri həmin mərhələdən keçərsə, yəni kredit verilməsi üçün uyğun hesab olunarsa həmin müştəriyə kredit verilir.

Bu metodların tətbiqinin əsas səbəbi kredit riskinin aşağı salınmasıdır.

Hər bir ölkədə banklar bunun üçün müxtəlif metodlardan və əmsallardan istifadə edirlər. Məsələn, 5C, 5P, 6P, CAMPARI kimi metodlar mövcuddur.

Əvvəlcə bu metodlar haqqında ümumi məlumat əldə edək. 5C metodundan başlayaq.

5C metodunda müştərinin qiymətləndirilməsi üçün bir sıra faktorlardan istifadə olunur:

  1. Qabiliyyət-Müştərinin kreditödəmə qabiliyyəti. Bu zaman müştərinin kreditin əsas məbləğinin və faiz dərəcəsini ödəyə biləcəyi və ya bilməyəcəyi müəyyən olunur.
  2. Kapital. Əgər, müştəri biznes krediti əldə etmək istəyirsə onun kapitalı müəyyən olunur. Çünki, müştərinin biznesi iflas edərsə borcun geri qaytarılması problemi kapitaldan asılı olacaqdır.
  3. Zamin. Bank müştəri ödəmə qabiliyyətini itirdikdə və borc məbləğini ödəyə bilmədikdə həmin borcu ödəyə bilən ikinci bir şəxs tələb edir.
  4. Şərait. Bu zaman ölkənin iqtisadi və siyasi vəziyyəti nəzərə alınır.
  5. Xarakter. Hər bir bank tərəfindən subyektiv olaraq müştərinin xarakteri müəyyən olunur. Buzaman müştərinin öz borcunu ödəmək üçün nə qədər məsuliyyətli olduğu təyin edilir.

5P kredit müraciətlərinin qiymətləndirilməsinin digər metodudur. ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən müəyyən olunmuşdur və aşağıdakı faktorlardan ibarətdir:

  1. İnsanlar. Kredit üçün müraciət edən insanların dürüst, etibarlı və maliyyə öhdəliklərini vaxtlı vaxtında yerinə yetirəcək biri olması xarakterizə edilir.
  2. Məqsəd. Müştərinin götürəcəyi krediti hansı məqsədlə istifadə edəcəyi öyrənilir.
  3. Ödəmə. Müştərinin gəlir mənbələri və kredit borcunu hansı mənbələrdən ödəyəcəyi müəyyən olunur.
  4. Himayədarlıq. Müştəri ödəmə qabiliyyətini itirdikdə borcu ödəyəcək digər şəxsin mövcud olması.
  5. Plan.  Kreditlər necə nəzarət altında saxlanılır və əgər kredit borcu geri ödənməzsə bankın itkisi nə qədər olacaq. Bu vəziyyətdə bankın nə etməli olduğu müəyyən olunur.

CAMPARI modeli. Bu modeldə kredit müraciətinin qiymətləndirilməsi üçün 7 faktor nəzərə alınır və onlardan bəziləri 5P və 5C metodu ilə eynidir.

Ən sərfəli kredit üçün müraciət et

  1. Xarakter. 5C metodundakı kimidir.
  2. Ödəmə qabiliyyəti. 5C metodunda qabiliyyət fatoru ilə eynidir.
  3. Maliyyələşmə dərəcəsi. Bank heç zaman hər hansı aktivi maliyyələşdirərkən onu bütövlükdə maliyyələşdirmir. Yəni, əgər bankdan əldə olunacaq kreditlə hər hansı aktiv alınacaqsa, bank bütövlükdə bu aktivin alınması üçün lazım olan məbləği müştəriyə təqdim etmir.
  4. Məqsəd. Kreditin məqsədi müəyyən olunur. Bəzi kreditlər riskli, bəziləri isə risksiz olur.
  5. Məbləğ. Kreditin məbləği müəyyən olunur. Hansı məbləğ hansı müştəri üçün olduqca çoxdur, bu müştərinin xarakterinə görə də müəyyən olunur.
  6. Ödəmə müddəti. Kreditin geri ödənməsi müddətinin təyin edilməsi.
  7. Sığorta. Müştərinin həyat sığortası olub-olmamasının müəyyən edilməsi. Bu əsasən uzunmüddətli kreditlərdə önəmli olan faktordur.

Bundan başqa LAPPFAPE metodları da vardır.

Azərbaycanda  hər bir bank kredit müraciətlərinin qiymətləndirilməsində müxtəlif metodlardan istifadə edirdi. Hazırda isə Maliyyə bazarlarına Nəzarət Palatasının qoyduğu qaydalara görə bir metoddan istifadə olunur. Bu metod DTİ metodudur. Bu zaman müştərinin borc yükü əmsalı hesablanır.

Borc yükü əmsalı= Aylıq borc yükü+yeni kredit üzrə aylıq ödəniş / Borc alananln gəliri * 100%

Bu əmsal 50%-dən aşağı olmamalıdır. Əgər aşağıdırsa həmin müştərinin kredit müraciəti ləğv olunur. Lakin, qeyd edək ki, bəzi tələbləri ödəyən müştərilər üçün faiz dərəcəsində dəyişiklik nəzərə alına bilər.

Bununla yanaşı banklar bir sıra yoxlama metodlarından da istifadə edirlər ki, bunlardan biri də 6C metodudur və bu metod 5P, 5C metodları ilə oxşardır.