“Növbəti dəfə keçiriləcək Bakı Ticarət Festivalı (“shopping festival”) ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə may ayının 1-dən 31-nə qədər 23 bankın 48-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Festival dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərəcək.
Festivalla əlaqədar olaraq MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir sualla bağlı ölkə vətəndaşları və turistlər MBNP-nin əməkdaşına müraciət edə bilərlər:
Koordinator: Vüsal Həsənov
Email: vüsal.hasanov@fimsa.az
Tel: (+994) 12 493 50-58 (daxili 429)
Festival zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələrinin siyahısı MBNP-nin rəsmi internet səhifəsində yerləşdirilmişdir.