Banklar bir il ərzində aktivlərini nə qədər artırıb? | Banco.az

Banklar bir il ərzində aktivlərini nə qədər artırıb?

Aktivlər passivlərdən fərqli olaraq ilk növbədə, müəssisəyə gəlir gətirir. Belə ki, aktivlərin çoxluğu gələcəkdə gəlirlərin artımına işarə edir. Buna görə də, aktivlərinin həcmi yüksək olan banklar demək olar ki, ən güclü banklardır.

Banco.az olaraq bankların 2018-cı ilin I rübü ilə 2017-cı ilin I rübü üçün aktivlərinə həcminə görə bankların müqayisəsini apardıq və öz aktivlərini bir il ərzində ən çox artırmış bankların siyahısını tərtib etdik.

Hər hansı bir bankın aktivləri sırasında yer ala bilər:

• Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri
• İnvestisiya və ya ticarət üçün qiymətli kağızlar
• Müştərilərə verilmiş kreditlər,
• Banklara, dövlətə və ya digər orqanlara verilmiş kreditlər
• İnvestisiya əmlakı
• Əmlak və avadanlıqlar
• Qeyri-maddi aktivlər (müxtəlif proqram təminatları və s.)

Banklar

31.03.2017

31.03.2018

Artım

Günay Bank

124 632  

191 810  

54%

Ziraat Bank

151 084  

225 557  

49%

AFB Bank

 317 596  

466 208  

47%

Paşa Bank

2 664 320

3 707 849  

39%

Bank Melii İran

 82 122  

 110 544  

35%

Xalq Bank

 1 660 070  

2 225 651  

34%

Ata Bank

 464 500  

619 512  

33%

Rabitəbank

 499 455  

664 978  

33%

Bank Silkway

 401 038  

492 872  

23%

Express Bank

290 626  

354 709  

22%

Bank BTB

239 023  

290 270  

21%

Nikoil Bank

 408 903  

488 369  

19%

Bank Avrasiya

 146 480  

162 216  

11%

Muğan Bank

465 365  

489 286  

5%

Azər-Türk Bank

288 861  

301 500  

4%

Kapital Bank

 3 132 313  

3 167 258  

1,1%

Ən sərfəli kredit üçün müraciət et

Xəzər Aslanov. Banco.az