"Bank VTB Azərbaycan"ın kredit portfeli 18% artıb | Banco.az

"Bank VTB Azərbaycan"ın kredit portfeli 18% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Bank VTB Azərbaycan" cari ilin birinci rübündə 2 milyon 202 min manat xalis mənfəət əldə edib.

Banco.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata görə, 2024-cü ilin 31 mart tarixinə bankın aktivlərinin həcmi 243 milyon 399 min manat olub. 

Birinci rübdə bankın kredit portfelinin həcmi 30 milyon 89 min manat və ya 17,9% artaraq 198 milyon manata yüksəlib. Bunun da 81 milyon 954 min manatını istehlak kreditləri, 65 milyon 741 min manatını biznes kreditləri, 50 milyon 306 min manatını isə daşınmaz əmlak kreditləri təşkil edib. Hesabat dövründə bankın depozit portfelinin həcmi isə 79 milyon 284 min manat olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram