Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə VTB (Azərbaycan) nağd pul kredit kampaniyasına start verib.
Belə ki, bu kampaniya çərçivəsində 29 iyun 2018-ci il tarixinədək nağd pul kredit məhsulu üzrə faiz dərəcəsi illik 23%-dək endirilib.
Müştərilər nağd pul kreditini bankdan daha da güzəştli şərtlərlə əldə etmək üçün məsafəli xidmətlər (internet, mobil bankçılıq, WhatsApp, Çağrı mərkəzi və ya saytı) vasitəsi ilə kredit sifariş edərək illik 22% əldə edə bilərlər.
Kredit kartı aldıqda endirim əldə etmək istəyən şəxslər də sifarişlərini məsafəli xidmət vasitələri ilə həyata keçirə bilər. Bu halda faiz dərəcəsi illik 27% təşkil edir.
Qeyd edək ki, kampaniya müddətində bankda Visa Gold və Visa Platinum premium debet kartları üçün də endirim mövcuddur. Kampaniya zamanı bu kartları sifariş edən müştərilər kart üçün illik xidmət üzrə 50% endirim qazanırlar.
Nağd kredit almaq üçün bank VTB (Azərbaycan)-ın saytında və ya +99455 2140986 nömrəli WhatsApp vasitəsi ilə onlayn sifariş etmək olar.
Bankın məhsulları, tarifləri və digər xidmətləri barədə əlavə məlumatı çağrı mərkəzinin 986 qısa nömrəsi, eləcə də www.vtb.az saytından əldə etmək olar.