Aprel ayının 1-dən 30-dək "Hesab.az" internet portalı ilə ödənişlər edən istifadəçilər "Bank Standard"dan hədiyyə qazanmaq şansına sahibdirlər.
Bankdan daxil olan məlumata görə, sayt vasitəsilə ödəniş həyata keçirən hər bir müştəri topladığı bonuslarla auksionda iştirak edərək "Bank Standard"dan MasterCard: Platinum, Gold, Standard kartlarını və bir illik pulsuz SmartBank xidmətini qazana bilər.
Qeyd edək ki, MasterCard Platinum və Gold debet kartları Sizə dünya üzrə geniş xidmət çeşidindən istifadə imkanı yaradır. Müxtəlif mağazalar, restoran və otellərdə, eləcə də, İnternet vasitəsilə ödənişlərin həyata keçirilməsində isə sadə və universallığı ilə seçilən MasterCard Standard kartı əvəzsiz köməkçiniz ola bilər.
Bundan əlavə, kartınız "Hədiyyə vaxtı" kampaniyasına avtomatik olaraq qoşulacaq və siz həmin kartla edilən nağdsız əməliyyatlara görə pulsuz danışıq dəqiqələri əldə edəcəksiniz!
"Bank Standard"ın SmartBank xidməti isə Sizə dünyanın istənilən nöqtəsindən, istədiyiniz an hesablarınıza nəzarət etməyə, pul köçürmələrinə, kredit və digər ödənişlərinizi (o cümlədən kommunal xidmətlər) həyata keçirmənizə imkan yaradır.
Hesab.az-da bonuslar toplayın, "Bank Standard"ın hədiyyələrinə sahib olun!
Mənbə: trend.az