Bank Silk Way xalis mənfəətini 577 min manat artırıb! | Banco.az

Bank Silk Way xalis mənfəətini 577 min manat artırıb!

Bank Silkway 2018-ci ilin ikinci rüb göstəricilərini açıqlayıb.

Aktivlərini keçən rübə görə 22% artıran bank, 599 mln 178 min manata çıxartmağı bacarıb, keçən rüb bu göstərici 492 mln 872 min manat idi. Öhdəlikləri isə 29% artıb, yəni 324 mln 785 min manatdan 447 mln 580 min manata yüksəlib.

Kredit portfelini  412 mln 666 min manatdan, 522 mln 239 min manata yüksəldərək 27%, depozit portfelini isə 324 mln 785 min manatdan 447 mln 580 min manata  yüksəldərək 38% artım əldə edib.

Ən sərfəli kredit üçün müraciət et

Balans və məcmu kapitalını artırıb.

Kapitalını 1 mln 195 min manat artıraraq 129 mln 526 min manatdan 130 mln 721 min manata yüksəldib, bununla birlikdə məcmu kapitalı 658 min manat artıb, belə ki 124 mln 813 min manatdan 125 mln 471 min manata yüksəlib.

Xalis mənfəəti 5% artıb.

Keçən rüb xalis mənfəəti 11 mln 679 min manat olan bankın bu il mənfəəti 12 mln 256 min manat olaraq 5% artıb.