“Azərbaycan bank əsaslı maliyyə sektoruna malik olduğundan sektorda sabitliyin qorunması və maliyyə vasitəçilyinin güləndirilməsi başlıca prioritetdir. Bu məqsədlə bank sektorunda restrukturizasiya və sağlamlaşdırma üzrə yeni siyasət çərçivəsi həyata keçirilməli, bu siyasət borclanma və kapitallaşma probleminin həllinə yönəlməlidir”.
Bunu Azərqaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov “Azərbaycan Rəqabətlilik Forumu 2018”də çıxışı zamanı bildirib.
Baş bankir qeyd edib ki, qiymətli kağızlar bazarının həcminin əhəmiyyətli dərəcədə artırılması milli valyuta pul bazarının təminatlı seqmentinin aktivləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. “Azərbaycanda hazırda belə qiymətli kağızların həmcinin artırılması üçün geniş imkanlar var. Ötən il Mərkəzi Bank pul siyasəti əməliyyatlarında təminat kimi istifadə oluna bilən qiymətli kağızlar siyahısını genişləndirib. Bu siyahıya beynəlxalq maliyyə kredit təşkilatları tərəfindən buraxılan kağızlar da daxil edilib. Bütövlükdə maliyyə sektorunda aparılan islahatlar sektorun inkişafına, dərinliyinə, iqtisadi aktivliyin artmasına gətirib çıxaracaq,” – deyə E. Rüstəmov bildirib.
Finans.az