Müəllif: Gülnar Əhmədli, Banco.az
Ölkənin ən böyük banklarından biri olan "Bank Respublika" 2024-cü ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə "Bank Respublika"nın xalis mənfəəti yanvar-mart aylarında 3 milyon 795 min manat və ya 39% artaraq 13 milyon 512 min manata çatıb.
Ötən ilin birinci rübündə Bankın xalis mənfəəti 9 milyon 717 min manata bərabər olub.
"Bank Respublika"nın aktivləri isə 454 milyon 386 min manat və ya 27,6% artaraq 2,1 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.
Həmçinin oxu: Aktivlərinə görə ən böyük banklar - I rüb
Bankın depozit portfeli illik müqayisədə 44,2% artaraq 1,4 milyard manata çatıb. Kredit portfeli isə 1 milyard 189 milyon 154 min manata yüksəlib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21% artım deməkdir.
Bizi sosial şəbəkələrdən izləyin!!