Bank Respublika Zəfər Günü ərəfəsində qanvermə aksiyası keçirib | Banco.az

Bank Respublika Zəfər Günü ərəfəsində qanvermə aksiyası keçirib

Fəaliyyətində sosial yönümlü layihələrə hər zaman böyük önəm verən Bank Respublika,  Zəfər günü ərəfəsində növbəti xeyirxah aksiya həyata keçirib.

Belə ki, Azərbaycan Talassemiya Federasiyasının dəstəyi və Milli Hematologiya və Transfüziologiya Mərkəzinin nəzdində Mərkəzi Qan Bankının təşkilatçılığı ilə Bankın Baş Ofisində talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası həyata keçirilib.

“Dəstək olaq, təbəssümlər çoxalsın!” şüarı ilə keçirilən qanvermə aksiyasında Bankın rəhbərliyi və əməkdaşları iştirak edib. Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hematoloqları tərəfindən hər bir donorun sağlamlığı yoxlanıldıqdan sonra onlardan qan götürülüb.

Qeyd edək ki, Hazırda Azərbaycanda talassemiya və digər irsi qan xəstəliyinə məruz qalan bir çox insanların həyatı məhz kütləvi qanvermə aksiyalarından asılıdır.

Bank Respublika hər kəsi bu cür aksiyalarda iştirak etməyə, donor olaraq ehtiyacı olanlara dəstək olmağa çağırır!

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram