Ölkənin aparıcı banklarından olan Bank of Baku, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında imzaladığı fərmana əsasən, 15.05.2019-cu il tarixindən etibarən problemli kreditlərin restrukturizasiyası prosesinə başlayıb.
Qeyd olunan tarixdən bu günədək Bank of Baku-da 25.000 nəfərdən çox müştərinin vaxtı keçmiş kredit borcları üzrə ümumilikdə 57 mln. manatdan çox vəsait restrukturizasiya edilmişdir. Bu restrukturizasiya portfelinin məbləğ üzrə təqribən 50%-nin, müştəri sayı üzrə təqribən 38%-nin icra edilməsi deməkdir.
Restrukturizasiya prosesi zamanı 01.01.2012 – 28.02.2019-cu il tarixləri ərzində kredit əldə etmiş və 01.03.2019-cu il tarixinə krediti üzrə əsas məbləği 10.000 USD-dək və ya 17.000 AZN-dək olan kreditlər üzrə vaxtı keçmiş borcu olan fiziki şəxslər güzəştli şərtlərdən yararlanıblar.
Belə ki, restrukturizasiya zamanı müştərilərin kredit müqavilələri illik 1%-lə, 5 il müddətinə və KOMİSSİYASIZ şərtlərlə yenidən rəsmiləşdirilir. Yeni müqavilə şərtlərinə əsasən, müştərilər ilk 12 ayın ödənişlərindən azad olunaraq sadəcə faiz borcunu ödəyə bilərlər.
Hal-hazırda "Bank of Baku"nun 5-i region olmaqla ümumilikdə 18 filialı müştərilərinin xidmətindədir. Filial və ünvanları haqqında ətraflı məlumatla bu linkə daxil olaraq tanış olmaq olar: http://www.bankofbaku.com/az/filials-and-atms/fillials
Vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı sizi maraqlandıran suallara Bankın 145 Məlumat Mərkəzinə zəng edərək cavab tapa bilərsiniz.
Daha ətraflı:
145 Məlumat Mərkəzi