"Bank of Azerbaijan"dan iflas xəbərinə cavab | Banco.az

"Bank of Azerbaijan"dan iflas xəbərinə cavab

"Son günlər mediada "Bank of Azerbaijan" haqqında həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən məlumatlar yayılır". 

  Bu sözlər "Bank of Azerbaijan"ın Mətbuat xidmətindən daxil olan mətbuat açıqlamasında yer alır. Açıqlamada deyilir:

  "Anonim mənbələrə istinadən, “Son bir neçə gündə Bank of Azerbaijan”da kütləvi ixtisarlar aparıldığı və  ötən həftənin cümə günündən başlayaraq bu günə qədər 100-ə yaxın şəxsin işdən çıxarıldığı və buna səbəb kimi bankın ciddi maliyə problemləri yaşadığı göstərilir".   "Bank of Azerbaijan adından" rəsmi olaraq bildirmək istəyirik ki, dərc olunan bu məlumatlar və orada yer alan fikirlər  həqiqətə uyğun deyil. "Bank  of Azerbaijan"nın müflis olması üçün heç bir əsas yoxdur.

Bankın vəziyyəti stabildir və adi qaydada öz fəaliyyətini davam etdirir. Bidirmək istəyirik ki, məlumatda yer alan iddialar tam əsassızdır.  Nəzərinizə çatdırmaq istəyirik ki, "Bank of Azerbaijan" Mərkəzi Bankın tələblərinə uyğun olaraq  nizamnamə kapitalını 50 milyon manata çatdıran banklar sırasındadır. Bankın məcmu kapitalı isə 50,426 milyon  manat təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

2013-cü il ərzində Bank 3,886 milyon manat mənfəət  əldə edib və onun müqabilində 777,1 min manat mənfət vergisi ödəyib. 1 may 2014-cü il tarixinə isə əldə olunan mənfəət  9,638 milyon man təşkil edib. Cari ilin göstərilən dövründə büdcəyə 1,013 milyon manat vergi ödənilib.  Qeyd etmək yerində olardı ki, son iki il ərzində "Bank of Azerbaijan" 4,409  milyon manat vergi ödəyib.  Bank fəaliyyət göstərdiyi müddət ərzində mütamadi şəkildə beynəlxalq standartlara uyğun olaraq beynəlxalq audit şirkətləri tərəfindən yoxlanılıb və müsbət rəy alıb. Onu da əlavə etmək istəyirik ki, "Bank of Azerbaijan" Master Card əsasında nəqliyyat kartlarını buraxır. Hazırda 1 milyon ədəd  kart  buraxılıb. Satışa çıxarılan 300 min ədəd kartın  125 min ədədi artıq satılıb. Bunları nəzər alaraq bildirmək istəyirik ki, bankımız haqqında dərc olunan bu tipli məlumatlar şayiədən uzağa getmir.

Bankımızn maliyyə vəziyyəti sabitdir. Biz müştərilərimizı tam əmin edirik ki, vahimə və təlaşa heç bir əsas yoxdur. 20 illik yubileyini ötən il qeyd edən "Bank of Azerbaijan"  bundan sonra da artan xəttlə inkişaf edəcək, bazarda öz layiqli  mövqeyini qoruyub saxlayacaq. Bank səhmdarları və pay bölgüsü üzrə məlumat:  Məmmədov Kənan (43.63%), Məmmədov Sənan (43.63%), Məmmədov Mübariz (12.07%), NEM Holdinq (0.67%). -