Bank BTB Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) xətti ilə güzəştli mənzillərin ipoteka kreditləşməsinə başlayır | Banco.az

Bank BTB Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) xətti ilə güzəştli mənzillərin ipoteka kreditləşməsinə başlayır

Maliyyə bazarında ipoteka kreditləşməsi üzrə qabaqcıl banklardan biri olan Bank BTB mənzil sahibi olmaq istəyən şəxsləri yenidən sevindirəcək. Belə ki, növbəti aylar ərzində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal 2, Gəncə və Hövsan 2 Yaşayış Kompleksləri üzrə mənzillərin satışı reallaşacaq. Bank BTB güzəştli kateqoriyaya aid vətəndaşlarımızı mənzil sahibi olmağa dəvət edir.
 
Bank BTB tərəfindən təqdim olunan MİDA ipoteka kreditinin əsas üstünlüyü rəsmiləşdirmə prosesinin sürətli və rahat olmasıdır. Belə ki, kredit üçün müraciət edən müştəri lazım olan sənədlər toplusunu banka təqdim etdiyi halda rəsmiləşdirmə 1 iş günü ərzində həyata keçirilir.
 
Bu fürsətdən yararlanmaq üçün müştərilər Bankın xidmət şəbəkəsinə müraciət edə bilərlər.
 
Qeyd edək ki, Bank BTB MİDA MMC ilə 2017-ci ildə imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən artıq 6 ildir ki, əhaliyə illik 4%-lə güzəştli ipoteka kreditlərini təklif edir. Sadəcə onu demək kifayətdir ki, bu günə qədər Bank BTB vasitəsilə 1300 mənzilin alınması üçün 56 milyon manatdan çox kredit verilib.
 
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (
www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram