BANK BAĞLANSA QOYDUĞUM DEPOZİT BATACAQMI? | Banco.az

BANK BAĞLANSA QOYDUĞUM DEPOZİT BATACAQMI?

Sonillər bankların bağlanması vətəndaşların yerləşdirilən əmanətlərin qaytarılmasında bir sıra problemlərin yaranmasına gətirib çıxartdı. Bu xüsusilə sığortalanmayan əmanətlərdə daha çox müşahidə edildi. Belə halların baş vermə səbəbi kimi əmanətçilər əmanətlərini yerləşdirdiyi zaman banklar tərəfindən təklif edilən yüksək faiz dərəcəsindən yararlanaraq daha çox gəlir əldə edə biləcəkləri düşüncəsinin yaranması və sığortalı əmanətin üstünlükləri barədə kredit təşkilatları tərəfindən tam və dolğun məlumatlandırılmamasını göstərmək olar.Ona görə də bu mövzuya toxunmağı məqsədəuyğun hesab edirik.

Əmanəthəm banka, həm də əmanətçiyə eyni anda fayda verir: əmanətçi müəyyən faizlər əldə edir, bankın isə xeyri onda olur ki, o, əmanətçinin pulunu dövriyyəyə buraxa bilir. Bank əmanəti müqaviləsi əmanətin ilk tələb üzrə verilməsi şərti ilə (tələbli əmanət) və ya əmanətin müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra verilməsi şərti ilə (müddətli əmanət) bağlanır.

Tələbli əmanət –müvafiq müqaviləyə əsasən müştərinin ilk tələbi ilə əmanət məbləğinin verilməsininəzərdə tutan əmanət növüdür. Bu növ əmanətdə adətən faiz dərəcəsi aşağı olur.

Müddətli əmanət –adından da göründüyü kimi müqaviləyə əsasən əvvəlcədən müəyyən edilmiş müddətə qoyulmuş əmanət növüdür. Bu növ əmanətdə faiz dərəcəsi daha yüksək olur. Əmanətçinin müddətli əmanətinin məbləğini müddət qurtardıqdan sonra və ya başqa qaytarma şərtləri ilə qoyulmuş əmanətin məbləğini müqavilədə nəzərdə tutulmuş hallar baş verdikdən sonra qaytarmağı tələb etmədiyi hallarda müqavilə tələbli əmanətin şərtləri ilə uzadılmış sayılır, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın.İstənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanətin məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. 

Əmanətlər üzrə illik faiz dərəcəsi.

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası (bundan sonra “Şura”) tərəfindən qorunan əmanətlər üzrəmüxtəlif vaxtlarda faiz dərəcələrininmaksimum hədləri dəyişdirilərəkazaldılmış və ya artırılmışdır. Belə ki,2015-ci il fevral ayının 24-dən etibarən qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddini 9 faizdən 12 faizə qaldırmış, 1 mart 2016-cı il tarixdən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsininin yuxarı həddi isə 12 faiz müəyyən edilmişdir.  Hazırda isə Şura Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla 2016-cı ilin sentyabr ayının 16-dan etibarən bütün milli valyutada olan qorunan əmanətlər üzrəfaiz dərəcəsinin yuxarı həddini illik 12 faizdən 15 faizə qaldırmışdır.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir, yəni qorunan əmanətin məbləği 30 min manata qədər olduqda o, tam həcmdə, 30 min manat məbləğindən çox olduqda isə - sadəcə 30 min manat hissəsində kompensasiya edilir.

"Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Şura tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı banklardakı əmanətlər üç il müddətində tam sığortalanır, lakin bu müddətdən sonra  həmin əmanətlər üzrə kompensasiyalar əvvəlki məbləğdə, yəni 30 min manat məbləğində ödəniləcəkdir. Həmin qanuna əsasən qorunan əmanətçilər kateqoriyasına aid olan fiziki şəxslər əmanətlərinin tam sığortalanmasını istədikdə, əmanət müqavilələrinə Şuranın 2016-cı il 1 mart tarixli qərarına əsasən qorunan əmanətlər üçün müəyyən olunmuş  faiz dərəcəsi ilə müvafiq dəyişikliklər edilməsi üçün müştərisi olduğu banklara müraciət etməlidirlər. Bu dəyişikliklə bağlı bir məqama da diqqət yetirilməsi zəruridir. 2016-cı il 1 mart tarixli qərarla milli valyutada olan qorunan əmanətlər üçün faiz dərəcəsində (əvvəllər də olduğu kimi maximum hədd 12%) dəyişikliyin müşahidə olunmamasını nəzərə alaraq, belə bir müraciət əsasən xarici valyuta olan əmanətlərə şamil edilir. Onuda qeyd edək ki, müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb ödənilir.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə"Əmanətlərin tam sığortalanması haqqında”qanunla iki əsas məsələ öz əksini tapıb:

  1. kompensasiya məbləğinə qoyulmuş limitin (30 min manat) aradanqaldırılması,
  2. qorunan əmanətlərin  üç il müddətinə (01.03.2016-01.03.2019) tam sığortalanması. Yəni üç il ərzində sığorta hadisəsi baş verərsə qorunan əmanətlər 100 faiz həcmində əmanətçiyə qaytarılacaq. Milli valyutada qəbul olunmuş əmanətçilərin əmanətlərində faiz dərəcəsi qorunan əmanətçilər üçün dəyişməyib, dəyişən yalnız məbləğdir. Yəni  manatda olan qorunan əmanət üçün maksimum məbləğ 30 min manat idisə, yeni qanunla əmanətlər üçün məbləğ məhdudiyyəti aradan qaldırılıb. Lakin sözügedən qanunun üç illik müddətinin 01.03.2019-cü il tarixində bitəcəyini nəzərə alaraq diqqətinizə çatdırmaq istəyirik ki, qeyd olunan müddətdən sonra qorunan əmanətlərə dair məsələlər "Əmanətlərin sığortalanması haqqında”qanunla tənzimlənərək həmin əmanətlərinsığortalanmış hissəsininmaksimal həddi 30 min manat təşkil edəcəkdir.

Məsələn: əmanətçi bankda 14 yanvar 2016-cı ildə 12 faizlə  iki il müddətinə 50 min manat  məbləğində əmanət qoyub. Sığorta hadisəsi baş verəcəyi təqdirdəəvvəllər əgər 30 min manat məbləğində kompensasiyanın verilməsi nəzərdə tutulurdusa, yeni qanuna əsasən sığorta hadisəsi baş verəcəyi halda 50 min manatın və hesablanmış faizlərin Fond tərəfindən tam kompensasiya edilərək ödənilməsi müəyyən edilmişdir.

Əmanət müqavilələrinin müddəti  qurtardıqda həmin günə qorunan əmanətlər üçün hansı faiz dərəcəsinin qüvvədə olmasına diqqət yetirmək vacibdir. Əks təqdirdə həmin  günə Şura tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üçün maksimal faiz dərəcəsi əmanət müqaviləsində müəyyən edilmiş faiz dərəcəsindən fərqli olarsa qorunan əmanət  qorunmayan əmanət statusunu ala bilər vəsığorta hadisə baş verdiyi təqdirdəqeyd olunan hala istinad edərək müştəriyə kompensasiya ödənişin aparılmasından imtina edə bilərlər. Belə ki, təcrübədə əmanətlərin prolonqasiyası zamanı əmanətçilər belə problemlərlə üzləşmiş və nəticədə haqlarının bərpa olunması üçün məhkəmələrə müraciət etmək məcburiyyətində qalmışdırlar.

Əmanətçilərin maraqlarına toxunan digər bir məsələ - Sığorta hadisəsi baş verdikdə kompensasiya hansı valyutalarda ödənilir?

  • Milli valyutada olan əmanətlərə - manatda;
  • Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
  • ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutalarda;
  • Digər valyutalarda olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda.

Əmanətlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 05.09.2018-ci il tarixli qərarı ilə çox maraqlı məsələlərə toxunulmuş və yekunda əmanətçilərin mənafeyinə uyğun qərar verilmişdir. Belə ki, kredit təşkilatı tərəfindən əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilməməlidir və qorunan əmanətlər üçün müəyyən edilmiş faiz dərəcələrinə uyğun yerləşdirilmiş əmanətlər qorunan əmanət statusa malikdirlər. Həmçinin yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir. Konstitusiya məhkəməsinin müvafiq qərarının tam mətnini aşağıdakı linkdən əldə edə bilərsiniz:

http://www.constcourt.gov.az/decisions/413

Yekun olaraq qeyd etmək istəyirik ki, bank bağlanarkən əmanətlərinizin birinci növbədə qaytarılmasını istəyirsinizsə, o zaman əmanətlərinizi yerləşdirərkən, həmçinin əmanət müqaviləsinin müddətinin uzadılması zamanı mütləq qaydadafaiz dərəcələrinə (hazırda milli valyutada olan qorunan əmanətlər üçün maximum faiz dərəcəsi – 15%, xarici valyutada isə - 3% təşkil edir) xüsusi diqqət yetirin və sizə bütün şərtlərin tam və ətraflı izah olunmasını tələb edin.

https://www.ensis.az/