Bildiyiniz kimi Banco.az saytı ötən “İlin ən yaxşıları”-nı müəyyən etmək üçün müsabiqə təşkil edib. Müsabiqənin qalibləri Banco.az saytında keçirilən səsvermə nəticəsində müəyyən olunub. Müsabiqə 1 ay ərzində davam edən onlayn səsvermə vasitəsi ilə 4 nominasiya üzrə keçirilmiş və hər bir nominasiyanın qalibi ayrıca verilmiş səslərin yekun nəticəsi əsasında təyin edilmişdir.
Müsabiqənin ədalətli keçməsini təmin etmək üçün 1 İP ünvan üzrə yalnız bir dəfə səs-vermək mümkün olmuşdur. Yaxın günlərdə hər bir nominasiya üzrə qalib olmuş banklara xüsusi mükafatlar təqdim olunacaqdır. Qalibləri təbrik edirik, onlara daha da böyük uğurlar arzu edirik.
Səsvermənin nəticəsi əsasında ötən ilin birinciləri müəyyən olunmuşdur.
Beləliklə Nəticələr:
İlin bankı : Bank of Baku
Bütün səslər: 24220
1-ci yer Bank of Baku 15% (3647)
2-ci yer Unibank 15% (3537)
3-cü yer DəmirBank 14% (3400)
4-cü yer Accessbank 9% (2238)
5-ci yer Bank Technique 9% (2060)
Bank of Baku 3647 səslə “İlin Bankı” adına layiq görüldü. Ən güclü rəqabət məhz bu nominasiya uğrunda müşahidə olunurdu, son ana qədər nəticələr ciddi dəyişir və ilk üçlükdəki banklar birinci pillədə bir-birini əvəz edirdi. Son anda Bank of Baku öz ən yaxın rəqibini 1o1 səslə qabaqlayaraq birinciliyə nail oldu.
İlin Taksit Kartı : Bolkart
Bütün səslər: 10964
- Bolkart 37% (4053)
- Albali Kart 31% (3390)
- WorldCard 19% (2038)
- Aykart 12% (1348)
- Extracard 1% (135)
İştirakçılar arasında digər böyük marağa səbəb olan nominasiya məhz “İlin Taksit Kartı” oldu. Bu səsvermə həqiqətən kartların real bazardakı tanınma səviyyəsini əks etdirir. İndiyə qədər 200 000-dən çox Bolkart öz sahibinə qovuşmuşdur. Beləliklə Bank of Baku-nun kart istifadəçilərinə təqdim etmiş olduğu Bolkart “İlin Taksit Kartı” adına layiq görüldü.
Ilin Qeyri-bank Kredit Təşkilatı: Finca Azerbaijan
Bütün səslər: 2515
- Finca Azerbaijan 45% (1134)
- TBC Kredit 13% (323)
- Embafinans 12% (292)
- Vision Fund Azercredit 10% (253)
- MolbulaK 4% (89)
Finca Azerbaijan Qeyri Bank kredit təşkilatı böyük səs çoxluğu ilə digər rəqib təşkilatları qabaqlaya bildi. Bu nominasiya üzrə verilmiş səslərin 45%-ni məhz bu təşkilat toplamışdır. Bu da Finca Azerbaijan-ın digər kredit təşkilatları ilə müqayisədə daha çox tanınması və sevilməsi ilə izah oluna bilər.
İlin Bank Saytı www.banktechnique.az (Bank Technique)
Bütün səslər: 14850
Bank Technique 20% (2929)
Bank of Baku 19% (2890)
Unibank 12% (1800)
DəmirBank 11% (1680)
Amrahbank 5% (753)
Ötən il bir çox Azərbaycan bankları öz korporativ saytlarında yenilənlmə işləri aparmışdır. Təəssüf ki, həmin bankların heç də hamısı liderlər sırasında yer almamışdır. Amma buna rəğmən, Bank Technique-nin saytının müasir dizaynı və fərqli görünüşü, həmçinin istifadəçilərə təqdim etdiyi texnoloji imkanlar müştərilər üçün daha yadda qalan olub. Bu nominasiya üzrə də son ana qədər Bank of Baku və Bank Technique arasında ciddi rəqabət gedirdi və səsvermənin sonlarına yaxın Bank Technique öz rəqiblərini qabaqlamağa müvəffəq oldu.
Bütün qalibləri təbrik edirik, ümid edirik ki, bu nəticə onları daha böyük uğurlara və nailiyyətlərə ruhlandırar.
Səsvermənin nəticələri ilə daha ətraflı şəkildə aşağıdakı linkdə tanış ola bilərsiniz.