Azərbaycanda bankomatlardan pul çıxaranlar həmin məbləği istənilən əskinaslarla əldə edə bilərlər. Bu, “MilliKart” prosessinq mərkəzinin “Cash algorithm” xidməti vasitəsilə mümkün olub.
Bu xidmət sayəsində müştəri öz istəyindən asılı olaraq bankomatdan pulu iri və yaxud kiçik əskinaslarla çıxara bilər. Yəni, müştərinin seçimindən asılı olaraq, pulu həm 50 və 100 manatlıq əskinaslarla, həm də 1, 5, 10, 20 manatlıqlar şəklində götürmək olar.
“Cash algorithm” xidməti “Millikart”ın tərəfdaşı olan 18 bankın təxminən 700 bankomatında göstərir. Həmin banklar aşağıdakılardır:
-Azərbaycan Sənaye Bankı
- Azər-Türk Bank
- Bank of Baku
- Əmrahbank
- Bank Respublika
- Atabank
- Bank Standard
- Bank Technique
- Dəmirbank
- Expressbank
- Kredobank
- Naxçıvanbank
- Parabank
- Rabitəbank
- Turanbank
- Unibank
- Xalqbank
- Zaminbank
Mənbə: fins.az